Mühasib (Sumqayıt)
 
JOB TITLE: Mühasib (Sumqayıt)
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-07-24 LAST UPDATED: N/A DEADLINE: 2018-08-23

Mühasib (Sumqayıt)

Vəzifə öhdəlikləri:

- Şirkətin vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər işçi xərclərinin hesablanması;
- Mal-materialların uçotunun aparılması;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq maliyyə hesabatlarının hazırlanması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyati orqanlara təqdim edilməsi;
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

Tələblər

- Ali təhsil (maliyyə və yaxud mühasibatlıq üzrə)
- Yaş həddi: 25-40 yaş
- Azərbaycan, rus və ingilis dili biliyi
- MS Office və 1C proqramları üzrə biliklər
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- 1C (8.3) proqramında işləmək bacarığı
- İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
- Fərdi və komandada işləmək bacarığı
- Dəqiq və sürətli işləmək bacarığı
- Sumqayıt qeydiyyatlı namizədlərə üstünlük verilir

İş şəraiti:

- İş qrafiki: 09:00-18:00, həftənin bazar ertəsi – cümə günləri
- İstirahət günü: şənbə, bazar günləri
- İş yeri Sumqayıt şəhərində yerləşir
- Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər
- İşçi korporativ nömrə və naharla təmin edilir
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir
- İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır

Əmək haqqı: 1000-1200 AZN

Maraqlananlar öz şəkilli CV formalarını hrdcvacancy17@gmail.com ünvanına göndərə bilər. Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək və Cvnin şəkilli olması mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP