İnzibati Menecer (Qida Xidməti)
 
JOB TITLE: İnzibati Menecer (Qida Xidməti)
EMPLOYER: Əjdaha MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-07-12 LAST UPDATED: N/A DEADLINE: 2018-08-11

Əjdaha Dönər” fast-food sektoru üzrə müştərilərə xidmət göstərən aparıcı şirkətlərdən biridir. Mehriban və peşəkar kollektivlə işləyərək ən dadlı dönər hazırlayır, eləcə də, ofislərə və evlərə çatdırılma xidmətini həyata keçiririk.

Hazırda Əjdaha MMC şirkəti “İnzibati Menecer” (Qida Xidməti) vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Əsas vəzifə öhdəlikləri:

• Dükanın/restoranın, dükan müdirinin və bütün işçilərin iş cədvəllərinə dəqiqliklə riayət olunmasına nəzarət etmək
• Bütün dükanların Brend standartlarına uyğun olaraq işləməsini təmin etmək və hər bir məntəqə (barista, kassir, ərzaq) üçün meyarları müəyyən etmək.
• Dükanlarda təyin olunmuş nəzarət siyahılarına/ Dükanın Təftişi haqqında Hesabata/ Qrafiklərə uyğun olaraq gündəlik təftiş olunmasını təmin etmək.
• Dükanın bütün sənədlərinin (təchizatçılar, nağd yolla ödənilən məhsullar, maliyyə şöbəsinə verilən hesabatlar) düzgün olmasını təmin etmək.
• Hər bir dükanda ehtiyatların vaxtlı-vaxtında yoxlanılmasını təmin etmək.
• Yeni gətirilən məhsulların bütün dükanlara çatdırılmasını təmin etmək (alınan məhsulların dəqiq miqdarı menecerlərin imzaları ilə təsdiq edilir).
• Hər bir dükan üçün aylıq/ mövsümi/ illik əsasda satış hədəflərinə nail olunmasını təmin etmək.
• Hər bir dükanda işləyən işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təmin etmək.
• Bütün işçi heyətin “Satışın texniki üsulları”, “Müştəri xidmətləri” və “Məhsul haqqında məlumat” təlimlərindən vaxtlı-vaxtında keçməsini.
• Hər bir dükanda müştəri xidmətlərinin yüksək standartlara uyğun olmasını təmin etmək.
• Rəhbərliyin göstərişi əsasında anbarlardan dükan anbarlarına malların göndərilməsi prosesində iştirak etmək.
• Əsas anbarlara mal qəbul olunduqda, malların qəbulunda və düzgün formada yığılmasında iştirak etmək.
• Müdiriyyətin və birbaşa rəhbərin bilavasitə əlaqəli digər göstərişlərinin icra edir.

Tələblər:

• Ali təhsil
• Minimum 3 il qida sahəsi üzrə idarəetmədə iş təcrübəsi
• Komputer bilikləri - MS office
• Azərbaycan, rus və ingilis dilləri arzuolunandır
• Stresə davamlılıq

E - mail : applicants@atltech.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP