Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: ATL Info Tech DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-07-12 LAST UPDATED: N/A DEADLINE: 2018-08-11

ATL İnfoTech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hazırda ATL İnfoTech şirkəti “ Mühasib” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
• Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatının aparılması;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması;

Tələblər:

• Ali təhsil
• 1-2 il müvafiq sahədə təcrübə (qida sahəsi arzuolunandır)
• Mükəmməl Excel və 1C bilikləri
• Rus dili
• Məsuliyyətli
• Diqqətli
• Təmkinli

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə applicants@atltech.az elektron ünvanına mövzu hissəsində “Mühasib” qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP