Hesabatlıq və təhlil departamentinin direktoru
 
JOB TITLE: Hesabatlıq və təhlil departamentinin direktoru
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-07-09 LAST UPDATED: N/A DEADLINE: 2018-08-08

AFB Bank Hesabatlıq və təhlil departamentinin direktoru vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Hesabatlıq və təhlil departamentinin direktoru

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
 
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;
• Mərkəzi Bankın və MBNP-nın normativ aktları haqqında nəzəri biliklər;
• MBNP-nın və Mərkəzi Bankın hesabatlarının hazırlanması ilə bağlı iş təcrübəsinin olması;
• Yüksək səviyyədə excel bilikləri;
• Proqramlama dillərində biliklər;
• SQL Server və Oracle sistemlərində biliklərə sahib olmaq;
• Bİ Tool-la iş təcrübəsi;
• Maliyyə hesabatlarının təhlili üzrə bilikər;
• Məlumat bazasının (DB) yaradılması və menecment hesabatlarının hazırlanması.                         

İŞİN TƏSVİRİ:

• MİS -in qurulmasının və daimi təkmilləşdirilməsinin təmin edilməsi;
• Bankın bütün struktur bölmələrindən və filiallarından statistik məlumatların qəbul olunması (toplanması), emalı, icmallaşdırılması və bu məlumatlar əsasında Bankın maliyyə təhlilinin  aparılması;
• Bankın fəaliyyəti barədə aylıq, rüblük və illik statistik hesabatların hazırlanması;
• Bank üzrə statistik elektron məlumatlar bazasının yaradılması və bu bazanın daima təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi;
• Bankın səmərəlilik göstəriciləri üzrə təhlillərin aparılması və bütövlükdə Bankın gəlirliyinin artırılması, strateji hədəflər və maliyyə məqsədlərinin yerinə yetirilməsinin təmin olunması üzrə təkliflərin hazırlanması;
• Mərkəzi Banka, Vergilər Nazirliyinə və digər dövlət orqanlarına təqdim olunan hesabatların hazırlanıb təqdim edilməsi;
• Bankın rəhbərliyinin Bankın fəaliyyəti ilə bağlı bütün statistik məlumatlarla təmin edilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hesabatlıq və təhlil departamentinin direktoru” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP