Korporativ müştəri xidmətində mütəxəssis
 
JOB TITLE: Korporativ müştəri xidmətində mütəxəssis
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-06-13 LAST UPDATED: N/A DEADLINE: 2018-07-13

AFB Bank Korporativ müştəri xidmətində mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Korporativ müştəri xidmətində mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.
 
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Yaxşı ünsiyyət bacarıqları;
• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
• Komandada işləmək bacarığı. 
 
İŞİN TƏSVİRİ:

• Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq;
• Bankın kredit və qeyri-kredit məhsullarının satışını təşkil etmək;
• Korporativ müştərilərə Bank xidmətlərini təklif etmək;
• Korporativ müştəriləri bank məhsulları, tariflər və digər xidmətlər barədə məlumatlandırmaq;
• Müştərilərdən ödəniş tapşırıqları və digər sərəncamları müvafiq qaydada qəbulu və icrası.
 
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ müştəri xidmətində mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP