Bağça direktoru
 
JOB TITLE: Bağça direktoru
EMPLOYER: Kaspi Təhsil Şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-06-13 LAST UPDATED: N/A DEADLINE: 2018-07-13


“Kaspi” təhsil şirkəti tezliklə fəaliyyətə başlayacaq Kaspi Sumqayıt Uşaq Bağçası üçün “Direktor” vəzifəsi üzrə vakansiya elan edir.

Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sisteminə və 11 illik zəngin təcrübəyə malik olan “Kaspi” Təhsil Şirkəti beynəlxalq təhsil proqramı və təcrübələrindən yararlanaraq tədris prosesini təşkil etməsi ilə yanaşı əməkdaşlarının fərdi və peşəkar inkişafı üçün lazımi şərait yaradır. Peşəkar iş mühiti, səmimi və mehriban kollektivi ilə fərqlənən “Kaspi” Təhsil Şirkəti karyerasını inkişaf etdirmək istəyən namizədləri öz komandasına dəvət edir.

Vəzifə öhdəlikləri:

• Gündəlik olaraq tədris proqramının düzgün və vaxtında tətbiq olunmasına nəzarət etmək;
• Bağçanın illik fəaliyyət təqvimini tərtib etmək və onun izlənilməsinə nəzarət etmək;
• Pedaqoji heyətin işinə rəhbərlik və nəzarət etmək və onlar arasında əlaqələndirici şəxs rolunu oynamaq;
• İşçi qruplarının yaradılması və işçilər arasında əməkdaşlığın inkişafı üçün müvafiq şəraitlə təmin etmək;
• Heyət, valideyn və şagirdlər arasında düzgün münasibəti təşkil etmək və onu izləmək;
• Pedaqoji heyətinin iş saatlarını müəyyənləşdirmək və işçilərin davamiyyətinə nəzarət etmək;
• Şagirdlərin qəbulu, qeydiyyatdan keçirilməsi və müvafiq qruplarda yerləşdirilməsinə nəzarət etmək;
• Bağça və məktəbəqədər təhsil sahəsində baş verən dəyişikləri izləmək, yeni tendesiyalarla bağlı məlumatlı olmaq;
• Uşaqların həyatının mühafizəsi və sağlamlığının möhkəmləndirilməsinə, rasional yeməyin təşkilinə, sanitariya-gigiyena vəziyyətinə nəzarət etmək və həkimlə birlikdə fəaliyyət göstərmək;
• Valideynlərlə iş;
• Valideynlər arasında pedaqoji və gigiyena biliklərinin təbliğini təşkil etmək;
• Rəhbərliklə iş, mütəmadi olaraq rəhbərliyə proqramın gedişatı ilə bağlı məlumat vermək, rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
• İşçilərin yüksək peşəkarlıq səviyyəsi üçün zəruri olan şəraitlə bağlı təkliflər irəli sürmək;
• İşçilərin fəaliyyətinin dəyərləndirilməsi ilə rəhbərliyi tələb olunan rəylərlə bağlı məlumatlandırmaq.

Minimum vakansiya tələbləri:

• Pedaqoji sahə üzrə ali təhsil (İbtidai sinif və ya məktəbəqədər təhsil istiqaməti üzrə təhsil üstünlükdür);
• İbtidai sinif və ya məktəbəqədər təhsil sahəsi üzrə minimum 5 il iş təcrübəsi;
• İdarəetmə sahəsində minimum 3 il iş təcrübəsi;
• Səlis Azərbaycan dili və yaxşı səviyyədə rus dili biliyi.

Tələb olunan bacarıqlar:

• MS Office proqramlarında (MS Word, MS Excel, MS Power Point) işləmək qabiliyyəti;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı, dinləmə qabiliyyəti;
• Azyaşlı uşaqlarla çalışmaq qabiliyyəti;
• Yüksək təşkilatçılıq bacarığı;
• Səbrli və mülayim xasiyyətli olmaq, stressə dözümlülük, gərgin iş rejimində çalışmaq qabilliyyəti.

Əlavə məlumatlar:

İş saatları:  I-V günlər 08:00–17:00 və ya 09:00–18:00
İş yeri: Sumqayıt şəhəri
Əmək haqqı: Yüksək əmək haqqı və bonuslar

Elan tarixi: 13.06.2018
Son müraciət tarixi: 01.07.2018

Yuxarıda göstərilən tələblərə uyğun namizədlər http://kaspi.edu.az/career/ linkə daxil olaraq müraciət edə bilərlər.

Qeyd: Yalnız CV-ləri ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP