Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: Ayan MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-06-12 LAST UPDATED: 2018-06-12 DEADLINE: 2018-07-12

Ayan MMC

Vəzifə: Baş mühasib

Namizədə dair tələblər:

- Tələb olunan yaş həddi: 28-45;
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta;
- Ali təhsil - Mühasibat uçotu sahəsində təhsili mütləqdir;
- Analoji sahədə ən azı 5 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
- Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi,Mühasibat uçotunun Milli və Beynəlxalq standartları haqqında bilgilərə sahib olmaq;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- İFRS, ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir;
- ERP Proqramları uzrə təcrübəsi olan əməkdaşlara (Logo Tiger Enterprice,1C) üstünlük verilir;
- Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı.

Vəzifə öhdəlikləri:

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Vergi və mühasibat uçotunun aparılması
- Vergi bəyannamələrini, e-qaimə, VHF tərtib etmək,aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, daxili və beynəlxalq ödəmə sənədlərinin hazırlanması və banka təqdim edilməsi
- Əmək haqqı və məzuniyyətlərin hesablanması
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
- Mal-material ehtiyatlarının , əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
- Debitor və kreditorlarla bağlı  hesablaşmaların aparılması və üzləşmə aktlarının tərtib edilməsi
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkili və nəzarətin təmini;  
- İstehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkili və nəzarətin təmini
- Əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarətin təmini
- Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans, Mənfəət/Zərər, Kapitalda dəyişiklik, Pul Vəsaitlərinin Hərəkəti haqqında hesabat).
 
• Əmək haqqı: Yüksəkdir. Razılaşma əsasında
• Şirkət tərəfindən naharla,korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 08:00 – 17:00
 
CV-lərinizi info@ayan-az.com  ünvanına “Baş Mühasib” başlığı ilə göndərə bilərsiniz.

Müsahibəyə dəvət olunan nazmizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlaqə nömrələri: 055 444 23 11/ 012-342-99-36
 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP