İstehsalat mühəndisi
 
JOB TITLE: İstehsalat mühəndisi
EMPLOYER: ALCO MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-06-12 LAST UPDATED: N/A DEADLINE: 2018-07-12

İstehsalat mühəndisi

Şirkət- “ALCO” MMC

Tələblər

• Tanınmış universitetdən neft-kimya və ya kimya mühəndisliyi dərəcəsi

• Petrokimya/kimya/emal sənayesi/müvafiq proses və ya istehsal mühəndisliyində 1-3 il iş təcrübəsinə malik olmaq

• Kollektivlə güclü ünsiyyət və şəxsi bacarıqlar

• Müdirin təlimatlarına bağlı olaraq eyni vaxtda bir neçə işi görmə və işi prioritetləşdirmə bacarığı

• Proses hesablamaları üçün müvafiq texniki biliklər, modelləşdirmə, dizayn (Autocad, İnventor) və hesablama proqramlarını bilmək

• MS office (Microsoft Word, Microsoft Outlook, Microsoft Excel) proqramlarını bilmək

• Texniki rəsmləri oxuma bacarığı və texnoloji avadanlıqların konstruktiv xüsusiyyətlərini bilmək

• Dəzgah və avadanlıqlarda təmir bərpa işlərinə nəzarət etmək üçün mexaniki-texniki bilik və bacarıqlarına sahib olmaq

• Prosesin təhlükəsizliyi ilə bağlı təcrübələr və sənaye standartlarını bilməli və tətbiq etməli

• Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı müdafiə üzrə qaydalara bələd olması

• Azərbaycan dili, Rus dili və İngilis dilini yaxşı səviyyədə bilmək

İş saatları-Həftənin 1-5 -ci günləri, 09:00-18:00

Maaş 500-1500 manat arası

Məsuliyyətlər

• İstehsalat prosesində proses mühəndisinin dəstəyi ilə texniki komandanın üzvü kimi işləmək

• Texniki tapşırıqları təmin etmək/Gündəlik əməliyyat məsələlərini yerinə yetirmək

• Avadanlığın etibarlı inkişaf strategiyasını dəstəkləmək

• Mürəkkəb texniki məsələləri analiz eləmək, cihazların təklif edilmiş strategiyasını təsdiqləmək

• Zavodda yeni dəzgah və ya avadanlığın quraşdırılması, cari təmir işlərinin aparılması, ehtiyat hissə bazasının yaradılması, təmirə ehtiyac duyulan hissələrin müəyyən edilib vaxtında təmir edilməsi, dəzgahların təmir və ya yenisi ilə əvəz olunmasına dair rəy verilməsi və təmir işlərinin icrasına cavabdehlik daşımaq, bir başa rəhbərliyə həftəlik (ehtiyac duyulduqda günlük) hesabatlar tərtib edib vermək

• İşçilərə mütamadi texniki təhlükəsizlik qaydaları izah etmək, dəzgah və avadanlıqlardan təhlükəsiz şəkildə idarə edilməsi qaydaları haqqında işçiləri maarifləndirmək, təlimlər təşkil etmək.

CV-lər dunay.xasayli@aminol.az email adresine göndərilsin. Subject hissədə isə vakansiyanın adı dəqiq yazılsın.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP