Oyuncaq kateqoriyası üzrə mütəxəssis
 
JOB TITLE: Oyuncaq kateqoriyası üzrə mütəxəssis
EMPLOYER: Libraff MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-06-12 LAST UPDATED: 2018-06-12 DEADLINE: 2018-07-12

LİBRAFF MMC şirkətinin Kateqoriya departamentinə mütəxəssislər tələb olunur.

Oyuncaq kateqoriyası üzrə mütəxəssis

Vəzifə öhdəlikləri

- Satış analizləri və bazar araşdırmalarını  həyata keçirmək;
- Bazarda olan oyuncaq məhsullarının çeşid və keyfiyyəti haqqında araşdırmalar aparmaq;
- LİBRAFF brendinə uyğun olaraq məhsul seçimini həyata keçirmək,
- Müxtəlif hesabatlar hazırlamaq, lazım olan təqdirdə depo və mağazada sayımın aparılmasını təşkil etmək,
- Satışları artırmaq üçün PR strategiyasına uyğun aparılan işləri dəstəkləmək və təkliflər vermək,
- İş gedişatında bölmə direktorunun digər göstərişlərini icra etmək 

Tələblər:

- Müvafiq kateqoriyaya məxsus məhsulları yaxşı bilmək,
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək (xüsusi ilə Excel proqramını),
- Azərbaycan dilini səlis, türk, rus, ingilis dillərini yüksək səviyyədə bilmək,
- Müxtəlif maliyyə hesabatlarının (mədaxil, məxaric, sayım) hazırlanmasında təcrübəyə malik olmaq,
- Aktiv, zəhmətkeş, iş saatlarından artıq işləməyə həvəsli,
- Bu sahədə 3 il iş təcrübəsi olması mütləqdir.

Nahar şikrət tərəfindən verilir.

 Müraciət etmək istəyən namizədlər CV-ləri hr@libraff.az ünvanına yollaya bilərlər.  Mövzu yerində vakansiyanın adı qeyd olunmayan müraciətlərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP