Təchizat işləri üzrə baş mütəxəssis
 
JOB TITLE: Təchizat işləri üzrə baş mütəxəssis
EMPLOYER: Yalama Aqropark MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-06-07 LAST UPDATED: 2018-06-08 DEADLINE: 2018-07-07


Xaçmaz Rayonu Yalama qəsəbəsində 523 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müassir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , cins heyvandarlığı, yem və süd emalı zavodlarını özündə birləşdirən ölkənin ən böyük Aqroparkı olan “Yalama Aqropark” MMCTəchizat işləri üzrə baş mütəxəssis” vakansiyasını elan edir.

Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir.

Əmək funksiyaları

 Cəmiyyətə lazım olan kommersiya məqsədli malların alınması, yerli və xarici müəssisələrlə kommersiya əlaqələrini təşkil edir,
 Müqavilələrin bağlanması işlərində iştirak edir;
 Daxili və xarici bazarları araşdırır, danışıqlar aparır, lazımi informasiyanı toplayır daha uyğun şirkətlər barəsində rəhbərliyi məlumatlandırır;
 Alınacaq malların sifarişini hazırlayır;
 Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb edir;
 Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanır, onların düzgün daşınması və çatdırılması işini təşkil edir, hər hansı bir maneələr olarsa rəhbərliyi  məlumatlandırır;
 Müvafiq müəssisələrdən yükləmə ilə bağlı lazımi sənədləri alır və uyğun struktur bölmələrə təqdim edir;
 Yükləmədən sonra malların lazımi sertifikatlarının alınması üçün sənədlərin təqdim olunmasını və müddətlərinin izlənilməsini təşkil edir;
 Malgöndərənlər tərəfindən müqavilə öhdəliklərinə əməl olunması, müqavilə öhdəlikləri pozulduqda malgöndərənlərə qarşı iddiaların qaldırılması və onların vaxtında rəsmiləşdirilməsi işlərində iştirak edir;
 Müqavilələrin müəyyən olunmuş qaydada imzalanmasını təşkil edir;
 Əməkdaşlıq olunan müəssisələrlə əlaqə saxlayır və bütün işlərə nəzarət edir;
 Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsini təşkil edir; 
 Struktur bölmələrin mövsümi planlamarına əsaslanan tələbatlarının vaxtında qarşılanması üçün öncədən lazımi axtarışlar planı həyata keçirir;
 Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etdir;

Tələblər

 Təhsil – Ali
 İş təcrübəsi- 3 ildən az olmayaraq
 Xarici dil- İngilis və rus dilləri
 Kompüter biliyi-MS ofis proqramları, 1C
 Kommunikasiya, analiz etmə, komandada işləmə, idarəetmə və s. bacarıq və səriştələr

İş qrafiki

09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər cv-lərini hr@agroparkyalama.az elektron ünvanına mövzu yerində “Təchizat işləri üzrə baş mütəxəssis” qeyd etməklə göndərə bilərlər. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP