|

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı özünün BAKI ofisi üçün Proqram Təminatları üzrə Təlimçi vəzifəsinə qəbul elan edir. “FINCA Azerbaijan” təşkilatı Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən və 90.000–dən çox müştərisi olan mikro kredit təşkilatıdır.
Tələb olunan keyfiyyətlər:
· Təlimçi rolunda ən azı bir il təcrübə, güclü ünsiyyət qabiliyyətləri;
· İnformasiya texnologiyasından istifadə üzrə ümumi bacarıqlar, MS Windows XP,Vista, MS Office proqram təminatlarında zəngin təcrübə;
· Azərbaycan dilində sərbəst danışmaq, yazmaq və oxumaq bacarığı;
· Ali təhsil;
· İstifadəçi rolunda, FINCA Azerbaijan məlumat sistemlərində təcrübəsi olanlara üstünlük verilir;
· İngilis dilini bilənlərə üstünlük verilir;
· Yaxşı analitik vərdişlər, hesabat yazma və təlimat yaratmaq bacarıqları;
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV) 08 sentyabr 2010-cu il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№217/10) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Bakı şəh., C.Cabbarlı küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə. Faks: 596 33 87
FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
|