Daxili Nəzarət İnspektoru
 
JOB TITLE: Daxili Nəzarət İnspektoru
EMPLOYER: FINCA Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2010-08-17 LAST UPDATED: N/A DEADLINE: 2010-09-16

FINCA Azerbaijan Azərbaycanda aparıcı mikro-maliyyə təşkilatı olaraq, 90 000 artıq kiçik və orta sahibkara kredit xidmətləri göstərir. FINCA Azerbaijan Afrikanın, Avrasiyanın və Latın Amerikasının 21 ölkəsində yüz minlərlə müştəriyə maliyyə xidmətləri göstərən və mikro-maliyyə təşkilatlarının ümumdünya şəbəkəsi olan FINCA International təşkilatının bir qoludur. Hal-hazırda “FINCA Azerbaijan” özünün BAKI ofisi üçün Daxili Nəzarət İnspektoru vəzifəsinə işçi axtarışı elan edir. O, kredit əməliyyatının fəaliyyət göstərdiyi bütün ərazilərdə işləyəcək və Meneceri tərəfindən göstərildiyi kimi daxili siyasət və qaydalara uyğun şəkildə fəaliyyətin olmasını yoxlayıb siyasətə riayət olunmayan  hallar haqqında Daxili Nəzarət  Menecerinə hesabat verəcək.


Daxili Nəzarət İnspektoru aşağıdaki əsas iş funksiyalarını icra etməlidir:

• Bütün kredit xidmətləri və kassa əməliyyatlarına nəzarət etmək;
• İşçi Heyəti tərəfindən siyasət və qaydalara riayət olunmasını yoxlamaq;
• Yoxladıqları haqqında Daxili Nəzarət Menecerinə hesabat vermək.


Tələb olunan keyfiyyətlər:

• Biznes/ kommersiya yönümlü olmalı;
• Şəxslər arasında geniş əlaqəyaratma və ünsiyyət vərdişlərinə malik olmalı.
• Beynəlxalq şirkətdə maliyyə sahəsi üzrə kompüter proqramları daxil olmaqla muhasibat və maliyyə təcrübəsinə malik olmalı;
• Kredit sahəsində müəyyən təcrübəyə malik olanlara üstünlük verilir;
• Kompüter proqramları bilməli (Microsoft Office);
• Yaxşı riyazi təhlil etmə vərdişlərinə malik olmalı;
• Azərbaycanca sərbəst oxuyub yazmağı bilməli. Rus və ingilis dillərini bilənlərə üstünlük verilir;


Əlavə məlumat:

• Seçilmiş namizədin Azərbaycanın rayon və şəhərlərinə tez-tez səfər etmək imkanı olmalıdır.


FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Ərizələrin son qəbul günü 30 avqust 2010-cu ildir və CV-nizi recruitment@fincaazerbaijan.com elektron ünvanına mövzu yerində vəzifəni və iş elanının nömrəsini (№205/10) göstərməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Bakı şəh., C.Cabbarli küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə. Faks: 596 33 87
FINCA Azerbaijan haqqında ətraflı məlumat bu www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.


 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2012 www.JobSearch.az  
Developed by MicroPHP