|

İnkişaf üçün Maliyyə MMC Bank olmayan kredit təşkilatının Ağcabədi fililalına
Kredit Mütəxəssisi
Tələblər:
• Biznes və iqtisadi təhlil aparmaq qabiliyyəti və bacarığı; • Riyazi və hesablama bacarıqları, sənədlərlə işləmək bacarıqları; • İnsanlarla işləmək, dinləmək, ünsiyyətə girmək bacarıqları; • Azərbaycan dilində səlis danışmaq və başa düşmək, fikri tam və başa düşülən səviyyədə ifadə etmək; • Komanda şəklində işləmək bacarıqları; • Kredit mexanizmləri haqqında müəyyən bilik və təcrübənin olması arzuolunandır; • Biznes sferasında marketinq mütəxəssisi, mühasib, əmtəəşünas və ya uyğun sahələrdə təcrübəsi olanların nisbi üstünlüyü vardır;
Başlıca iş funksiyaları:
Kredit Mütəxəssisinin iş vaxtının əsas hissəsi kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi yerlərdə, məsələn, yarmarka və ticarət mərkəzlərində, həmçinin, biznes obyektlərinin cəmləşdiyi ünvanlarda məlumat xarakterli, eləcə də, artıq kredit üçün müraciət etmiş şəxslərlə təhlil və araşdırma görüşlərinə, kredit götürmüş şəxslərlə monitorinq işlərinə sərf olunacaqdır.
Sənədlər aşağıdakı faks və ya elektron poçt ünvanlarında qəbul edilir: Faks: (994 12) 492 77 63 E-poçt: aghcabadi@findev-az.com
1. Ərizələrin (CV və ya Resume) qəbulu 31 Avqust 2010-cu il tarixinədək davam edəcəkdir. 2. Ərizələrdə (CV və ya Resumelərdə) əmək haqqı gösləntisi mütləq qeyd edilməlidir. 3. Yalnız müsabiqəyə dəvət olunan şəxslərlə əlaqə saxlanılacaq. Telefonla zəng etməməyiniz xahiş olunur.
|