Xarici bank sistemləri üzrə Proqramçı
 
JOB TITLE: Xarici bank sistemləri üzrə Proqramçı
EMPLOYER: Unibank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-04-13 LAST UPDATED: N/A DEADLINE: 2018-05-13

Şirkətin adı: Unibank KB

Yerləşmə: Bakı

Sektor: Proqramlaşdırma /Bank

Vəzifə: Xarici bank sistemləri üzrə Proqramçı

Müqavilə şərtləri: Daimi

Bank haqqında
 
Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Başlıca öhdəliklər və məsuliyyətlər

• Biznesin tələblərinə uyğun yeni proqram təminatının yazılması, cari proqram təminatında dəyişikliklərin edilməsi;
• Tərtib olunan proqram təminatının sənədləşdirilməsi.

Namizədin Profili
 
• Kompüter elmləri və ya oxşar sahələrdə ali təhsil;
• Rus və Azərbaycan dilləri üzrə mükəmməl, ingilis dili üzrə orta səviyyədə biliklər;
• Core Java, Java EE üzrə biliklər;
• HTML, CSS, JavaScript, XML, JSON üzrə biliklər;
• Oracle SQL, PL/SQL üzrə iş təcrübəsi;
• Debug bacarıqları;
• Başqalarının kodunu oxuyub anlama qabiliyyəti;
• WebService-lərlə (SOAP, REST) və Maven-lə iş təcrübəsi;
• Versiya kontrol sistemləriylə iş təcrübəsi (SVN, Git);
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Məsuliyyətlilik.

Arzu olunan əlavə biliklər:

• Spring boot;
• Docker.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə cv@unibank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Xarici bank sistemləri üzrə Proqramçı) göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP