Texniki Məsələlər üzrə Menecer
 
JOB TITLE: Texniki Məsələlər üzrə Menecer
EMPLOYER: Atmosphere Lounge & Restaurant DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-04-10 LAST UPDATED: 2018-04-10 DEADLINE: 2018-05-10

Bakıda yeni fəaliyyətə başlayan möhtəşəm  məkan olan Atmosphere Lounge & Restaurant öz ekslkyuziv interyer dizaynı, hər yaşda insanın bütün qayğılarından tamamən uzaqlaşaraq unudulmaz əyləncəli zaman keçirəcəyi və dünya mətbəxinin ən ləziz təamlarını dadacağı yeganə məkandır.

Atmosphere Lounge & Restaurant heyəti, mehriban və güclü kollektivdə işləmək arzusunda olan hər kəs üçün bir şans yaratmaqla, “Texniki Məsələlər üzrə Menecer” vəzifəsinə işçi qəbulu elan edir.

Namizədə dair əsas tələblər:

• Yaş: 25-45;
• Cins: kişi;
• Kiçik texniki işlərindən anlayış
• İşçi heyyəti əməyinin mexanikləşdirilmə vasitələrini;
• Binaların istismar qaydalarını;
• Əməyin təşkili əsaslarını;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalatın sanitariya və gigiyenası, habelə yanğından mühafizə norma və qaydalarını.

Əsas vəzifə və öhdəliklər:

• Müəssisənin yerləşdiyi binada sanitariya və yanğından mühafizənin norma və qaydalarına uyğun təşkilinə nəzarət etmək;
• Müəssisənin yerləşdiyi binanın işıqlandırma, su təchizatı, qızdırıcı və sərinləşdirici sistem, qurğu və sairə avadanlıqların işinin saz vəziyyətdə işləməsinə nəzarət etmək, lazım gəldikdə onların servis xidmətini və təmir işlərini təşkil etmək;
• Müəssisənin binası üzrə mövcud texniki avadanlıqların servis xidməti üzrə bağlanmış müqavilələri təqib edərək, servis xidmətlərinin şirkətlər tərəfində vaxtı-vaxtında həyata keçirilməsinə nəzarət etmək.
• Texniki məsələlərlə bağlı günlük , həftəlik tapşırıqların yerinə yetirərək aidiyyatı şöbəyə hesabat təqdim etmək.
• Restoran üzrə adanlıqların, material və ləvazimatlarına işlək vəziyyətdə olmasına nəzarət etmək;
• Müəssisə daxilində təsərrüfat və texniki məsələlərlə bağlı yardım göstərmək;
• Şirkətdə sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün lazımi tədbirləri həyata keçirmək;
• Müəssisənin ofisinin təsərrüfat-xidməti işlərinin səmərəli təşkili və icrasına nəzarəti təmin etmək;
• Texniki məsələlər və təsərrüfatçılıq sahəsində digər tapşırıqları yerinə yetirmək.

Şərtlər:

• İş qrafiki: həftəfə 6 gün
• Nahar müəssisə tərəfindən təmin edilir.

Maraqlı namizədlərdən xahiş olunur ki, öz şəkilli e-mailin mövzu hissəsində “Texniki məsələlər üzrə menecer” qeyd edərək career.atmosphere@gmail.com  e-ünvanına göndərsinlər.

Ünvan: Bakı şəh, Z.Xəlilov 25 B, tel: (0125) 55 20 55; (050) 643 54 34

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP