|

FINCA International Afrika, Avrasiya və Latın Amerikası üzrə 21 ölkədə minlərlə müştəriyə maliyyə xidmətləri göstərən, dünyanın ən qabaqcıl mikromaliyyə təşkilatlarından biridir. Hal-hazırda FINCA Azerbaijan Hüquq Şöbəsinin Meneceri vəzifəsinə işçi axtarır. HŞM Azərbaycandakı baş rəhbərliklə və “FINCA İnternational”-ın ümumi Hüquq Komandası ilə birlikdə çalışacaqdır. HŞM “FINCA”-nın Baş Məsləhətçi Ofisi ilə əlaqəli şəkildə işləyərək müqavilə və digər təşkilati-hüquqi sənədlərin nəzərdən keçirilməsi və hazırlanması, təşkilatın iştirak etdiyi əməliyyatlar nəticəsində yaranacaq vergi öhdəliklərinin təhlil edilməsi, nəzarət orqanları, müvafiq yurisdiksiyaya malik məhkəmə və digər strukturlar qarşısında təşkilatın təmsil edilməsi, eləcə də əmək və işəgötürmə öhdəliklərinə uyğunluğun təmin edilməsinə məsuliyyət daşıyır. Bundan əlavə, HŞM Təşkilatın həyata keçirdiyi əməliyyatlarla bağlı hüquqi risklərin müəyyən olunması və onların azaldılması mexanizmlərinin təklif edilməsinə məsul olacaqdır.
Hüquq Şöbəsinin Meneceri aşağıda qeyd olunan (lakin bununla məhdudlaşmayan) geniş həcmli təşkilati və kredit məsələləri üzrə hüquqi məsləhətlər verəcəkdir: • Bank fəaliyyətini nizamlayan müvafiq qaydalar, təşkilati, vergi, mühasibatlıq və əmək məsələləri daxil olmaqla yerli qanunvericilik və normativ sənədlərə müvafiqlik; • Kredit və zaminlik sənədlərinin hazırlanması və razılaşdırılması, kreditin girova yönəldilməsi və bununla bağlı məhkəmə prosesləri daxil olmaqla təşkilatın kredit əməliyyatlarının bütün aspektləri üzrə hüquqi yardım; • Əmək müqavilələrinin və işçilərin fəaliyyətinin əmək məcəlləsi və digər qanunvericiliyə uyğun qurulmasında İnsan Resursları Menecerinə yardım; • Yerli və xarici kreditorlarla maliyyə razılaşmalarının qurulması və nəzarəti üzrə hüquqi yardım; • Təşkilatın protokollar kitabının, müqavilələrinin və protokollarının saxlanması:
Tələb olunan keyfiyyətlər:
• Azərbaycan Respublikasının aparıcı universitetlərindən birində əldə olunmuş hüquq üzrə elmi dərəcə, əlavə olaraq xarici ölkədə hüquq üzrə magistr dərəcəsi olanlara üstünlük verilir; • Yerli vəkillər kollegiyasına üzvlük; • Təşkilati, vergi, kommersiya, maliyyə/bankçılıq ilə bağlı qanunvericilik ilə iş üzrə ən azı 5 il təcrübə; • Kredit/maliyyə əməliyyatları, kredit və zaminlik strukturu, kreditin girova yönəldilməsi məsələləri üzrə təcrübə; məhkəmə proseslərində təcrübə (kommersiya bankları və ya qeyri-bank maliyyə qurumlarında təcrübəsi olanlara üstünlük verilir); • Əmək qanunvericiliyi üzrə təcrübəyə üstünlük verilir; • Xarici maliyyə razılaşmaları üzrə təcrübə; • Vaxt baxımından gərgin şəraitdə işləmə bacarığı; • Dolğunluq və təşəbbüskarlıq keyfiyyətləri; • Müxtəlif mədəniyyətli mühitdə həssas davranmaq, həmkarlar və müştərilərlə səmərəli işgüzar əlaqələr qurmaq bacarığı; • Yüksək şəxsi keyfiyyətlərə malik olmaq; • “FINCA”-nın sosial missiyasına sadiqlik; • Azərbaycan və İngilis dillərində səlis bilmək, müqavilələrin ilkin formasının hazırlanması və razılaşdırılmasını bu dillərdə etmək bacarığı, Rus dilini səlis bilənlərə üstünlük verilir; - FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 15 avqust 2010-cu il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№201/10) qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Bakı şəh., C.Cabbarlı küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə. Faks: (99 412) 596 33 87 FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
|