İnzibati İdarəetmə Departamentində Satınalma üzrə Aparıcı mütəxəssis
 
JOB TITLE: İnzibati İdarəetmə Departamentində Satınalma üzrə Aparıcı mütəxəssis
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-04-10 LAST UPDATED: N/A DEADLINE: 2018-05-10

Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentində Satınalma üzrə Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
• Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
• Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.

Tələblər

• Ali iqtisadi təhsil;
• İT avadanlıqlar, proqram təminatı və lisenziyaların təmin olunması üzrə iş təcrübəsinin olması arzuolunandır;
• Marketinq, reklam məhsulları və yerləşdirmələr üzrə iş təcrrübəsinin olması arzuolunandır;
• Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
• Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
• Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi;
• Satınalma və təchizat sahəsində 3 illik iş təcrübəsi;
• Yüksək səviyyədə MS Excel və MS Word biliyi.

CV-lərinizi, mövzu hissəsində “Satınalma üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə hkc@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP