İdarə Heyəti sədrinin köməkçisi
 
JOB TITLE: İdarə Heyəti sədrinin köməkçisi
EMPLOYER: Parabank DUTY STATION: Azərbaycan
PUBLISHED: 2010-08-09 LAST UPDATED: 2010-08-09 DEADLINE: 2010-09-14

İdarə Heyəti sədrinin köməkçisi (qadin)

Şəxsi keyfiyyətlər:

o Səndlərlə düzgün işləmə bacarığı;
o Hesabatın hazırlanması və yazışma bacarığı;
o Təşəbbüskarlıq qabiliyyəti;
o Verilmiş tapşırıqları vaxtında və düzgün hazırlanması;
o Ünsiyyət qurabilmə qabiliyyəti;
o Etikalı olmaq;

Peşəkar tələblər:

o Humanitar və ya iqtisadi sahədə ali təhsilin olması;
o Bankdaxili sənəd dövriyyəsi üzrə işin düzgün aparılması;
o Bu sahə iki illik iş stajının olması;
o Azərbaycan, Rus, İngilis dilində səlist danışıq bacarığı;
o Komputer proqramlarını bilməsi;

Vəzifə öhdəlikləri:     

• İdarə Heyətinin sədrinin tapşırıqlarının icrası;
• İdarə Heyətinin sədrinə tapşırıqlarının icrası barədə hesabatın verilməsi;
• İdarə Heyətinin sədrinin adından göndərilən bütün məktub, sərəncam, tapşırıq layihələrinin hazırlanması və imzaya təqdim edilməsi;
• İclasların vaxtında keçirilməsini təmin edilməsi məqsədilə iclas cədvəlinin qabaqcadan hazırlanması və iclasdan qabaq iclas iştirakçılarının məlumatlandırılması;
• Icrada olan işlərin cədvələ salınması və mütəmadi olaraq icraçılardan icranın tələb edilməsi və nəzarətdə saxlanılması;
• Əmr, qərar, məktub və tapşırıqlar siyahısının hazırlanması, icrası haqqında gündəlik İdarə Heyətinin sədrinə məlumatların təqdim edilməsi;
• Zərurət yarandığı halda İdarə Heyətinin keçirdikləri iclaslara katiblik edərək həmin iclasın protokolunun hazırlanması;
• Texniki avadanlıqlardan (kompyuter, kserokopiya, skaner, printer, faks, telefon) istifadə etməklə lazımi tapşırıqları yerinə yetirmək;
• Üzərinə düşən işlərin Kargüzarlığın aparılmasına dair təlimatın, banklarda korporativ idarəetmə standarlarına, eləcə də digər normativ-hüquqi sənədlərin tələblərinə uyğun təşkili;
• Daxili Əmək intizamı qaydalarına əməl edilməsi;

CV-zi bu ünvana yollamaq xahiş olunur: hr@parabank.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2012 www.JobSearch.az  
Developed by MicroPHP