Qiymətləndirmə və təlim üzrə mütəxəssis (İnsan Resursları)
 
JOB TITLE: Qiymətləndirmə və təlim üzrə mütəxəssis (İnsan Resursları)
EMPLOYER: Parabank DUTY STATION: Azərbaycan
PUBLISHED: 2010-08-09 LAST UPDATED: 2010-08-09 DEADLINE: 2010-08-14

İnsan Resursları Departamenti

Qiymətləndirmə və təlim şöbəsi,
Vəzifə: Mütəxəssis

Şəxsi keyfiyyətlər:

o Faktların müəyyən edilməsi bacarığı;
o İşçilərin qiymətləndirilməsi üzrə müəyyən təkliflərin  verilməsi bacarığı;
o Hesabatın hazırlanması və yazışma bacarığı;
o  Təşəbbüskarlıq qabiliyyəti;
o Komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
o Ünsiyyət qurabilmə qabiliyyəti;
o Etikalı olmaq;

Peşəkar tələblər:

o Humanitar və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Azərbaycan Respublikasının müvafiq qanunlarını,Əmək Məcəlləsini,Mərkəzi Bankın təlimatlarını  bilməsi;
o İnsan Resursları işinin idarəolunması üzrə bacarıqlara malik olması;
o Bu  sahədə bütövlükdə minimum bir  illik təcrübəyə malik olması;
o Departament işlərini planlaşdırma bacarığına malik olması;
o Azərbaycan,Rus, İngilis dillərində səlist danışıq bacarığı;
o Komputer proqramlarını bilməsi;

Cavabdehlikleri:     

• İşçilərin vəzifə təlimatları və əmək müqaviləsində nəzərdə tutulmuş   öhdəliklərin  icrasına nəzarət;
• İşçinin peşəkar hazırlıq səviyyəsinə uyğun qiymətləndirməni həyata keçirmək;
• Qiymətləndirmə formalarına  və xüsusiyyətlərinə uyğun qiymətləndirmə aparmaq;
• Müəyyən dövr üzrə işçinin işgüzarlıq fəaliyyətini müəyən etmək;
• Təlim vəsaitlərinə uyğun işçilərin təlimlərdə iştirak etməsini həyata keçirmək;
• İşçilərin maddi və mənəvi qiymətləndirilməsi  sisteminin həyata keçirilməsində iştirak etmək;
• Daxili təlimin keçirilməsilə bağlı təlim planının hazırlanması;
• Daxili attestasiyanın keçirilməsi işinin təşkil edilməsi;
• Səmərəli fəaliyyət göstərməyə mane olan çətinliklərin, problemlərin müəyyən etmək və onların aradan qaldırılması məqsədilə tədbirləri həyata keçirmək;
• Bankın tələbinə uyğun işə götürmə meyarlarının müəyyən olunması;
• Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin qiymətləndirilməsi, əmək bazarının və işə götürmə agentlikləri ilə əlaqələrin yaradılması;
• Bankı potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmə tədbirlərinin  hazırlanması və icrası;
• İşçilərin həvəsləndirməsinə təkliflər verib icrasında iştirak etmək;
• İR idarə edilməsilə əlaqədar məlumatların effektiv və dəqiq təmin və təhlilinə, başqa biznes sistemləri və prosesləri ilə vəhdətin təşkil etməsinə nail olmaq;

CV-zi bu ünvana yollamaq xahiş olunur: hr@parabank.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2012 www.JobSearch.az  
Developed by MicroPHP