Baş Direktor
 
JOB TITLE: Baş Direktor
EMPLOYER: İcraçı Kredit Agentliyi MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2010-07-12 LAST UPDATED: N/A DEADLINE: 2010-08-11

Azərbaycan Respublikası
İcraçı Kredit Agentliyinin MMC Bank olmayan Kredit Təşkilatının Baş Direktoru vəzifəsinə seçim üçün şərtlər

Giriş
Azərbaycan Respublikası və Dünya Bankı Azərbaycanda “Kənd Təsərrüfatının İnkişafı və Kredit Layihəsi “ (KTİKL)-nin ikinci dövrü haqqında müzakirələr aparmışdır. Layihənin ümumi hədəfi kəndlərdə bazar investisiyalarına təkan vermək  və maliyyə, məsləhət və baytarlıq xidmətləri daxil olmaqla kənd təsərrüfatı və biznesə yardım etmək üçün kiçik, orta kənd müəssisələrinin və fermerlərinin qəbulunu çoxaltmaqdır.

İKA-nın fəaliyyətinə və komponentlərinə aşağıdakılar daxildir.

i.Maliyyə xidmətləri, biznes əlaqələri, texnoloji innovasiyalar, kəndlərdə bizneslə bağlı məsləhətlər və marketinq xidmətləri, maliyyə xidmətlərinin inkişaf etdirilməsi daxil olmaqla kənd təsərrüfatı ilə bağlı biznes xidmətləri.
İKA-nın Baş Direktoru fəaliyyətinin bütünlüklə idarə edilməsi və kordinasiyasına cavadehlik daşıyır. O İKA-nın gündəlik əməliyyatları və idarə edilməsi məsuliyyətini daşıyır.

İşin həcmi

İKA-nın Baş Direktoru aşağıdakı öhdəlik və məsuliyyətləri daşıyır.

• Bütün layihə fəaliyyətinin qaydaya salınması və idarə edilməsi,
• Qəbul olunmuş rəy şərtlərinə uyğun olaraq İKA heyətinin effektli fəaliyyətini təmin etmək.
• Bütünlüklə layihənin  idarə edilməsi prinsipləri əsasında, o cümlədən, İKA heyətinin idarə öhdəliklərinin icra edilməsinə nümayəndəlik etməklə İKA-nın düzgün idarə edilməsi, şəffaflığı və effektliyini təmin etmək .
• Maliyyə Nazirliyi, Layihədə iştirak edən Kənd Təsərrüfatı Nazirliyi, onun şöbə və təşkilatları, Azərbaycan Kredit İttifaqları Assosasiyası (AKİA), xüsusi maliyyə təşkilatının iştirakı daxil olamqla müxtəlif Agentlilklərlə əməkdaşlıq etmək,
• Layihənin bütün şərtlərilə əlaqədar Dünya Bankı ilə əlaqə saxlamaq,
• Bütün müvafiq sənədləşmə, məlumatın hazırlanması, və lazımi inzibati fəaliyyətlərin və prosedurların müəyyənləşdirilməsi və həyata keçirilməsini vaxtı-vaxtında təmin etmək,
• Məlumat qəbul etmək üçün Qiymətləndirmə və monitorinq mütəxəssisi ilə birgə işləyərək müvafiq analizlər aparmaq, məlumatlar əldə etmək,
• Layihənin gündəlik əməliyyat xərclərini qarşılamaq üçün layihənin hesabını idarə etmək.

Hesabatvermə
IKA-nın Baş Direktoru  AKİA, KTKDA, Maliyyə Nazirliyi və Beynəlxalq İnkişaf Assosiasiyası-na hesabat verəcək. O aylıq hesabatlar, MN, KTKDA və Dünya Bankı tərəfindən qəbul ediləcək iş planları və kvartallıq inkişaf hesabatları  hazırlayacaq. İKA-nın direktoru ilk üç ay sınaq müddətindən sonra, kafı fəaliyyətinə əsaslanaraq hər dəfə bir il müddətinə baxış əsasında təyin ediləcək.

Əsas bilik və bacarıqları
İKA-nın Baş Direktoru aşağıdakı ixtisas, təcrübə və qabiliyyətlərə malik olamlıdır.
• Bank, Maliyyə, iqtisad və digər buna bənzər sahə üzrə ali təhsil,
• Ən azı beş il menecer səviyyəsində maliyyə sektorundə iş təcrübəsi, əsasən beynəlxalq təşkilatları tərəfindən maliyyələşdirilən kənd kreditləşmə sahəsində,
• Kənd maliyyəsi və mikro maliyyə sahəsinə üstünlük verilir,
• Əla kommunikasiya bacarığı Nazirlər, yüksək vəzifəli dövlət rəsmiləri daxil olmaqla müxtəlif insanlarla yaxşı münasibət qurmaq bacarığı,
• Təşəbbüskarlı, məsuliyyətlilik, geniş dünya görüşün, yenilikçi və hərtərəfli düşüncə tərzi
• Dünya Bankının və ya digər beynəlxalq maliyyə layihələrinin həyata keçirilməsində iş təcrübəsi,
• Rəhbərlik, qrup yaratmaq bacarığı və geniş insan kütləsi ilə kommunikasiya qurmaq və onları ruhlandırmaq qabiliyyəti,
• Azərbaycan dilində yüksək səviyyədə yazmaq və danişmaq bacarığı,
• İngilis dilinin ilkin mərhələdə bilməsi,
• Komputer bilikləri, MS Office Proqramları,
• Yaxşı təşkilatçılıq və detallara  dəqiq diqqət etmə bacarığı,
• Əla kommuniaksiya və qrupda işləmək bacarığı, həmkar və payçılarla əməkdaşlıq münasibətlərini yarada bilmək,

• Azərbaycan vətəndaşı,
• Kənd- təsərrüfatı və digər  buna oxşar sahədə magistr dərəcəsi, 7 il professional iş təcrübəsi,
• İctimaiyyətlə ünsiyyət bacarığı,
• Qrupda işləmək bacarığı,
• Mühüm benefisiarlarla koordinasiya və görüşmək məqsədilə tez-tez ölkə daxilinə səyahət etməyə hazırlıq.

Sənədlərin son qəbul tarixi 16 iyul saat 17:00
Ünvan:
Bakı şəh., Ü. Hacıbəyov küç. 40, Hökumət evi, 8-ci mərtəbə, ofis 848.
Esmiralda Ağasıyevaya
Office-akia@ia-az.net
Tel.: 498-79-65; Fax: 493-67-90
mobil: (055) 576-50-59

Go back to Hot Vacancies

 
© Copyright 2006—2012 www.JobSearch.az  
Developed by MicroPHP