Marketinq və riskin idarə olunması üzrə Mütəxəssis
 
JOB TITLE: Marketinq və riskin idarə olunması üzrə Mütəxəssis
EMPLOYER: İcraçı Kredit Agentliyi DUTY STATION: Azərbaycan
PUBLISHED: 2010-07-08 LAST UPDATED: 2010-07-08 DEADLINE: 2010-08-07

Vəzifə:-   Marketinq və riskin idarə olunması üzrə Mütəxəssis
 

Müddət: 07.07.2010-14.07.2010 saat 12:00 qədər


Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) təsis etdiyi “İcraçı Kredit Agentliyi” bank olmayan Məhdud Məsuliyyətli Cəmiyyətinin (İKA) Marketinq və riskin idarə olunması üzrə Mütəxəssis vəzifəsini icra etmək üçün ixtisaslı mütəxəssisi işə dəvət edir.

Bakı, Azərbaycan

Hesabat verilməsi: IKA-nın Baş Direktoruna
Son müddəti: 14.07.2010 saat 12:00 qədər
                                  “

1.  İKA-nın Marketinq və riskin idarə olunması üzrə Mütəxəssis məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:


a) Kənd Təsərrüfatının İnkişafının Kreditləşdirilməsi Layihəsi çərçivəsində İKA tərəfindən əldə olunmuş nailiyyətləri və kənd yerlərinin maliyyələşdirilməsi sistemini növbəti mərhələdə gücləndirmək məqsədilə, KTİKL-nin II mərhələsinin hədəflərinə və tərtibatına uyğun olaraq bu mərhələnin icrası üçün nəzərdə tutulmuş fəaliyyətlərin istiqamətini müəyyən etmək və hazırladığı marketing plana əsasən işini qurmaq;

b) Kənd Təsərrüfatının İnkişafının Kreditləşdirilməsi Layihəsi və digər layihələrdə nəzərdə tutulduğu kimi orta və uzun müddətli sərmayə kreditlərinin verilməsi üzrə ilkin market araşdırmalarını aparmaq, riskin qarşısını almaq məqsədilə tədbirlər planını hazırlamaq və təsdiq olunmuş plana əsasən işini qurmaq;

c) Dünya Bankının qaydalarına uyğun olaraq Kredit İttifaqları vasitəsilə layihənin kredit xətti üzrə sub komponentin icrası üçün bağlanacaq “yardımçı kredit müqaviləsi”nin ilkin variantının hazırlanmasında iştirak etmək;

d) Risklərin qarşısını almaq məqsədilə vaxtaşırı rayonlara ezam olunmaq.

Hesabatvermə

2. Agentliyin Marketinq və riskin idarə olunması üzrə Mütəxəssisi İKA Rəhbərinə hesabat verəcəkdir. O, İKA-nın Rəhbərinə  hesabatlar hazırlayacaqdır. Marketinq və riskin idarə olunması üzrə Mütəxəssis Sazişlərdə qeyd olunan qurumlara təqdim olunacaq tərəqqi hesabatları, iş planları və tələb olunan digər sənədləri hazırlayacaqdır.


Müddət

1. Agentliyin Marketinq və riskin idarə olunması üzrə Mütəxəssis ilə 1 il müddətinə müqavilə imzalanacaqdır. Bu müqavilə üzrə ilk 6 aydan sonra mütəxəssisin vəzifəyə uyğunluğunun qənaətbəxşliyi müəyyənləşdirilərək, sonrakı illərdə hər il fəaliyyətinin nəticələri İKA-nın Rəhbəri və AKİA-nın İdarə Heyəti tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsinə əsasən müqavilə müddəti növbəti  il üçün qüvvədə qalacaqdır.
İxtisaslaşma

Marketinq və riskin idarə olunması üzrə Mütəxəssis aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:

a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis  bilmək (İngilis dilini; bilənə üstünlük vüriləcək);

b) Marketinq, inqtisadiyyat və ya əlaqədar sahədə ixtisaslaşma;

d) Azərbaycan Milli Bankı tərəfindən təyin edilmiş Kredit İttifaqları ilə bağlı prudensial normalar barədə bilgili olmaq;

c) Excel/Word, E-poçtla işləmək bacarıqları daxil olmaqla, kompüterdə yaxşı işləmək bacarığı;

d) ə`la ünsiyyət qurmaq, komandada işləmək bacarığı, əməkdaşlar və payçılarla birgə işləmək xüsusiyyətləri;

e) İşlə bağlı ölkə daxilində mütəmadi e`zamiyyəyə getməyə hazır olmaq;


 Ünvan:
Bakı şəh., Ü. Hacıbəyov küç. 40, Hökumət evi, ofis 848.
Xahiş olunur müraciətdə vəzifənin adını yazasınız
fabbasova@ia-az.net
Tel./Fax: 493-67-90; mobil: (50) 371-44-56
Xahiş edirik diplomları və ya sertifikatları əlavə edəsiniz

 

 

 

 

 

 

 

 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2012 www.JobSearch.az  
Developed by MicroPHP