Kredit Meneceri
 
JOB TITLE: Kredit Meneceri
EMPLOYER: İcraçı Kredit Agentliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2010-07-08 LAST UPDATED: 2010-07-08 DEADLINE: 2010-08-07

Vəzifə:-   Kredit Meneceri
 

Müddət: 07.07.2010-14.07.2010 saat 12:00 qədər.

Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) təsis etdiyi “İcraçı Kredit Agentliyi” bank olmayan Məhdud Məsuliyyətli Cəmiyyətinin (İKA) Kredit Meneceri vəzifəsini icra etmək üçün təcrübəli mütəxəssisi işə dəvət edir.

Bakı, Azərbaycan

Hesabat verilməsi: IKA-nın Baş direktoruna
Son müddəti: 14.07.2010 saat 12:00 qədər
                                               “

1.  İKA-nın Kredit Menecerinin məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:


a) Kənd Təsərrüfatının İnkişafının Kreditləşdirilməsi Layihəsi çərçivəsində İKA tərəfindən əldə olunmuş nailiyyətləri və kənd yerlərinin maliyyələşdirilməsi sistemini növbəti mərhələdə gücləndirmək məqsədilə, KTİKL-nin II mərhələsinin hədəflərinə və tərtibatına uyğun olaraq bu mərhələnin icrası üçün nəzərdə tutulmuş fəaliyyətlərin istiqamətini müəyyən etmək;

b) Kənd Təsərrüfatının İnkişafının Kreditləşdirilməsi Layihəsi və digər layihələrdə nəzərdə tutulduğu kimi orta və uzun müddətli sərmayə kreditlərinin verilməsi üzrə icra təlimatları və kredit müqavilələrinin ilkin variantlarının hazırlanması və müzakirə edilməsi məqsədilə dəvət olunacaq beynəlxalq məsləhətçilər ilə yaxından işləmək;

c) Dünya Bankının qaydalarına uyğun olaraq 2010-cu ildə seçiləcək Birgə Maliyyələşmə Təşkilatları (Kredit İttifaqları və Birgə Borcalanlar) vasitəsilə layihənin kredit xətti üzrə sub komponentin icrası üçün bağlanacaq “yardımçı kredit müqaviləsi”nin ilkin variantının hazırlanmasında iştirak etmək;

d) Dünya Bankının tələblərində nəzərdə tutulan layihənin kredit komponentinin hazırlanması ilə bağlı digər fəaliyyətlər;

Hesabatvermə

2. Agentliyin Kredit Meneceri İKA Rəhbərinə hesabat verəcəkdir. O, İKA-nın Rəhbərinə  hesabatlar hazırlayacaqdır. Kredit Meneceri  Sazişlərdə qeyd olunan qurumlara təqdim olunacaq tərəqqi hesabatları, iş planları və tələb olunan digər sənədləri hazırlayacaqdır.


Müddət

1. Agentliyin Kredit Meneceri ilə 4 il müddətinə müqavilə imzalanacaqdır. Bu müqavilə üzrə ilk 6 aydan sonra menecerin vəzifəyə uyğunluğunun qənaətbəxşliyi müəyyənləşdirilərək, sonrakı illərdə hər il fəaliyyətinin nəticələri İKA-nın Rəhbəri və AKİA-nın İdarə Heyəti tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsinə əsasən müqavilə müddəti növbəti  il üçün qüvvədə qalacaqdır.
İxtisaslaşma

Kredit Meneceri aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:

a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis  bilmək;

b) İqtisadiyyat, maliyyə və kredit  sahəsi üzrə ali təhsil;

c) Kredit, bankçılıq, maliyyə və ya əlaqədar sahədə ixtisaslaşma;

d)  Mühasibatlıq,  maliyyə və kredit sahəsində beş il peşəkar təcrübə;

e) Azərbaycan Milli Bankı tərəfindən təyin edilmiş Kredit İttifaqları ilə bağlı prudensial normalar barədə bilgili olmaq;

e) Excel/Word, E-poçtla işləmək bacarıqları daxil olmaqla, kompüterdə yaxşı işləmək bacarığı;

f) ə`la ünsiyyət qurmaq, komandada işləmək bacarığı, əməkdaşlar və payçılarla birgə işləmək xüsusiyyətləri;

g) İşlə bağlı ölkə daxilində mütəmadi e`zamiyyəyə getməyə hazır olmaq;


 Ünvan:
Bakı şəh., Ü. Hacıbəyov küç. 40, Hökumət evi, ofis 848.
Xahiş olunur müraciətdə vəzifənin adını yazasınız
fabbasova@ia-az.net
Tel./Fax: 493-67-90; mobil: (50) 371-44-56
Xahiş edirik diplomları və ya sertifikatları əlavə edəsiniz

 

 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2012 www.JobSearch.az  
Developed by MicroPHP