|
Azerbaijan Republic Azerbaijan Health Sector Reform Project (HSRP) Credit No. 4210-AZ Request for Expressions of Interest
INDIVIDUAL CONSULTANT’S ASSIGNMENT: DEVELOP CERTIFICATION SYSTEM (DEVELOP INTERNAL PROCEDURES AND MECHANISMS) This Request for Expressions of Interest follows the General Procurement Notice for this Project that appeared in Development Business No. 691 of November, 30, 2006. The Republic of Azerbaijan has received a Credit from the International Development Association (IDA) in the amount of US$50 million equivalent to finance the Health Sector Reform Project (HSRP), and intends to apply the proceeds to payments for goods, works, related services and consulting services to be procured under this project. This project is also financed by USAID, UNICEF and WHO. Bidding for contracts financed by IDA will be governed by its eligibility rules and procedures. The development objective of the Project is to improve overall health system stewardship and financing, and to enhance equitable access to, and technical and perceived quality of essential health care services in selected districts in a fiscally responsible and sustainable manner with a view to improving health outcomes.
The Consultant will assume the overall oversight and coordination responsibilities towards the achievement of the following objectives:
General objectives: The Individual Consultant is supposed to take the overall responsibilities pursuing the general objective of the assignment, which is to support the development of internal procedures and mechanisms of the certification process of healthcare personnel.
In order to achieve the above-mentioned objective, The Individual Consultant will undertake the following activities, but not limited with them: • To develop recommendations for MoH (where Human Recourse Department is responsible for introducing of certification process) specifying necessary organizational requirements for certification process of healthcare personnel; • To develop internal procedures based on the regulations for the certification process, approved by the Cabinet of Ministers; • To develop the structure and composition of the Certification unit; • To develop the responsibilities and labor division among the staff members of the Certification Unit; • To develop the procedures and mechanisms for the Certification unit to facilitate and manage the process; • To make recommendations for the capacity building of the Certification Unit; • To develop structure and functions of the Professional Committees under the Certification Process; • To develop implementation standards and tools for assessment of applicants (tests and interview); • To develop related documents including submission and evaluation criteria for the test and interview as well as reporting forms (as Annexes); • To support in conducting pilot testing.
The following outcome is expected: - A comprehensive set of internal procedures and mechanisms related to the certification of healthcare personnel. The following deliverables are expected: - Draft documents on internal procedures , package of documents for organization and functioning of Certification unit , regulations for Professional Committees, related documents including submission and evaluation criteria for the test and interview as well as reporting forms submitted through progress report; - Final Report summarizing the findings and conclusions with comments of MOH.
*All documents will be delivered in Azeri. Timing:
The Consultant will be engaged to provide the services for 3-month period starting in mid-August, 2010. This timing is provisional, so the Consultant will develop his/her detailed work program, showing all appropriate milestones and targets.
REQUIRED QUALIFICATIONS
The Consultant undertaking this assignment should have following qualifications:
• Relevant University Degree in Health or equivalent, corresponding to the field of the assignment; • At least five years’ relevant experience in health management and policy; • Experience in implementing similar projects and programs financed by international financial institutions; • Knowledge of the Azerbaijani and English languages (Russian would be an asset); • Experience in supporting institutional reforms with regards to certification (licensing) of healthcare personnel; • Excellent computer skills.
An individual consultant will be selected in accordance with the World Bank’s Guidelines: Selection and Employment of Consultants by World Bank Borrowers, May 2004. Consultants may associate to enhace their qualifications.
Interested Consultants may obtain further information, at the address below from 11-00 till 15-00 on each working day, prior to the EOI submission deadline.
Expressions of interest must be delivered to the address below by 17.00 hours on July 19, 2010.
Kamran Rzayev, Acting Director Health Sector Reform Project Project Implementation Unit Ministry of Health AZ1122, 96, H. Zardabi Baku, AZERBAIJAN Tel: +994-12-431-1968 Fax : +994-12-431-1937 E-mail: office@hsrp.az
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL) Kredit No. 4210-AZ Marağı ifadə edən sənədlərin təqdimatına dair Dəvət
FƏRDİ MƏSLƏHƏTÇİ ÜÇÜN TAPŞIRIQ: SERTİFİKATLAŞDIRMA SİSTEMİNİN HAZIRLANMASI (DAXİLİ PROSEDUR VƏ MEXANİZMLƏRİN İŞLƏNİB HAZIRLANMASI) Təkliflərin Verilməsinə dair bu Dəvətnamə 2006-cı il Noyabrın 30-da “Development Business” jurnalının 691 nömrəli buraxılışında dərc olunmuş Layihə üzrə Ümumi Satınalma Elanının davamı olaraq irəli sürülür. Azərbaycan Respublikası Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (HSRP) maliyyələşdirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyasından (İDA) Kredit alaraq kredit məbləğini sözügedən layihə çərçivəsində satın-alınacaq mallar, işlər, əlaqədar xidmətlər və konsultasiya xidmətləri ilə əlaqədar xərclərin ödənilməsi məqsədilə istifadə etmək niyyətindədir. Bu layihə həmçinin USAİD, UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən maliyyələşdirilir. Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən maliyyələşdirilərək müqavilənin təltifi məqsədilə təşkil olunan tender həmin təşkilatın “namizədlərin seçilmək iqtidarına” dair qayda və proseduralarına uyğun həyata keçiriləcək. Layihənin inkişaf məqsədi səhiyyə sisteminin idarə olunması və maliyyələşdirilməsi mexanizmini ümumən təkmilləşdirmək və seçilmiş rayonlarda əsas tibbi xidmətlərin texniki və duyulan keyfiyyətini maliyyə cəhətindən məsuliyyətli və davamlı surətdə yaxşılaşdırmaq və əlçatan etməkdir.
Məsləhətçi aşağıdakı məqsədlərə nail olunması uğrunda ümumi nəzarət və idarəçilik məsuliyyətini öz üzərinə götürəcək: Ümumi məqsədlər: Fərdi Məsləhətçi bu tapşırığın ümumi məqsədi, yəni səhiyyə kadrlarının sertifikatlaşdırma prosesinin daxili prosedur və mexanizmlərinin işlənib hazırlanmasına dəstək uğrunda ümumi məsuliyyəti öz üzərinə götürəcək.
Yuxarıdakı məqsədə nail olmaq üçün, Fərdi Məsləhətçi aşağıdakı fəaliyyəti (bununla məhdudlaşmır) həyata keçirəcək: • səhiyyə işçi heyətinin sertifikatlaşdırılması üçün tələb olunan təşkilati tələbləri qeyd edərək SN üçün tövsiyələr işləyib hazırlamaq (sertifikatlaşdırma prosesini tətbiq etmək üçün Kadrlar Şöbəsinin məsuliyyətli olduğu məqamlara aid); • Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sertifikatlaşdırma prosesi üçün qaydalara əsasən daxili prosedurları tərtib etmək; • Sertifikatlaşdırma Şöbəsinin quruluşu və tərkibini tərtib etmək; • Sertifikatlaşdırma Şöbəsinin işçi heyəti üzvləri arasında vəzifə və işlərin paylaşdırılmasını planlaşdırmaq; • Sertifikatlaşdırma Şöbəsinin həmin prosesi həyata keçirməsi və idarə etməsi üçün mexanizm və prosedurları tərtib etmək; • Sertifikatlaşdırma Şöbəsinin potensialını artırmaq üçün tövsiyələr vermək; • Sertifikatlaşdırma Prosesində Peşəkar Komissiyalarının quruluşu və funksiyalarını təyin etmək; • ərizəçilərin qiymətləndirilməsi üçün icra standartları və vasitələrinin işlənib hazırlanması (test və müsahibə); • test və müsahibə üçün təqdim etmə və qiymətləndirmə meyarları daxil olmaqla, müvafiq sənədləri, habelə hesabat formalarını işləyib hazırlamaq (Əlavələr kimi); • pilot sınağının keçirilməsinə dəstək vermək.
Aşağıdakı nəticələr gözlənilir: - səhiyyə işçi heyətinin sertifikatlaşdırılması ilə bağlı daxili prosedur və mexanizmlərinin bütöv paketi. Aşağıdakı hesabat və sənədlər gözlənilir: - Sertifikatlaşdırma şöbəsinin təşkili və işləməsi üçün sənədlər toplusu və daxili prosedurlara dair sənəd layihələri, Peşəkar Komissiyalar üçün qaydalar, test və müsahibə üçün təqdim etmə və qiymətləndirmə meyarları daxil olmaqla, müvafiq sənədlər, habelə hesabat formaları Tərəqqi Hesabatı daxilində təqdim olunmalıdır; - Aşkar edilmiş məqamları və qənaətləri cəmləşdirən Yekun Hesabat SN-nin qeydlərinə uyğun təkmilləşdirilməlidir.
*Bütün sənədlər Azərbaycan dilində təqdim olunmalıdır. Vaxt çərçivəsi:
Məsləhətçi xidmətləri 2010-cu ilin avqust ayının ortasından başlayaraq 3 ay müddəti ərzində göstərəcək. Bu vaxt müddəti təxminidir və Məsləhətçi öz təfsilatlı iş proqramını işləyib hazırlayaraq bütün lazımi məqsəd və hədəflərini qeyd edəcək.
TƏLƏB OLUNAN KEYFİYYƏTLƏR
Bu işi yerinə yetirəcək Məsləhətçi aşağıdakı tələblərə cavab verməlidir:
• Səhiyyə sahəsində və ya tapşırığa uyğun olan digər sahədə müvafiq Universitet Dərəcəsi; • Səhiyyə idarəçiliyi və ya siyasəti sahəsində ən azı beş il müvafiq iş təcrübəsi; • Beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdirilən oxşar layihə və proqramların icrasında təcrübə; • Azərbaycan və İngilis dilində əla şifahi və yazılı bilik (Rus dili biliyi üstünlük sayılır);
• Səhiyyə işçi heyətinin sertifikatlaşdırılması (lisenziyalaşdırılması) ilə bağlı təsisedici islahatlara dəstək verməkdə təcrübə; • Əla kompüter biliyi.
Məsləhətçi “Dünya Bankının Təlimatı: Dünya Bankından Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi” (May, 2004-cü il) sənədinə əsasən seçiləcək. Peşə keyfiyyətlərini gücləndirmək üçün Məsləhətçilər birləşə bilər.
Marağı İfadə edən Sənədin təqdim olunması üçün qeyd olunmuş son tarixə qədər maraqlı olan məsləhətçilər iş günləri saat 11-dən 15-ə qədər aşağıdakı ünvanda əlavə məlumat əldə edə bilərlər.
Marağı İfadə edən Sənəd 2010-cu ilin 19 iyul tarixinə (saat 17:00-a) qədər aşağıdakı ünvana çatdırılmalıdır.
Kamran Rzayev, Direktor Əvəzi Səhiyyə Sektorunda İslahatlar Layihəsi Layihənin İcra Qrupu Səhiyyə Nazirliyi H. Zərdabi küç. 96 Bakı, AZ1122, AZƏRBAYCAN Tel: +994-12-431-1968 Faks: +994-12-431-1937 E-mail: office@hsrp.az
|