Proqramçı-Mütəxəssis
 
JOB TITLE: Proqramçı-Mütəxəssis
EMPLOYER: Azərbaycan Turizm və Menecment Universiteti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-02-27 LAST UPDATED: N/A DEADLINE: 2018-03-29

Universitet haqqında

Azərbaycan Turizm və Menecment Universiteti — Azərbaycan Respublikasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsidir.

Vakant yer haqqında

Universitetimizin İT komandasına qoşulmaq üçün Proqramçı-Mütəxəssis tələb olunur.

Mütəxəssis -  proqram təminatının yaradılması və mövcud proqram təminatının dəstəklənməsi üzrə məsul olacaq. Əgər sənin bu sahədə müvafiq proqramlaşdırma biliklərin və mövcud proqram infrastrukturunu təkmilləşdirmək istəyin varsa, səni komandamızda görməkdən məmnun olardıq. Proqramçı olaraq sistemin mükəmməl çalışması və istifadəçilərin işinin yaxşılaşdırılması üçün sən  digər İT mühəndislərlə əməkdaşlıq şəraitində çalışacaqsan.

Vəzifə öhdəlikləri

Proqram təminatı yaradılmasının bütün mərhələlərində iştirak etməklə kodlaşma və analiz
Proqram təminatının dəstəklənməsi üçün səlist kod ilə proqramlaşdırma
Proqram təminatınında olan səhvlərin aşkarlanması və araşdırılması
Proqram təminatı elementlərinin daha uğurlu inteqrasiyası üçün digər İT mühəndislərlə əməkdaşlıq
Texniki və dizayn tələblərinin toplanması və yönləndirilməsi
Daxili qruplara təlim və dəstəyin götərilməsi
Gələcək üçün perspektivli və təkrar istifadəyə yararlı kod və modulların yığılması
Yeni funksionallığı müəyyən etmək üçün proqramçılar, dizaynerlər və sistem administratorları ilə birgə əməkdaşlıq
İnkişafda olan texnologiyaların daima izlənilməsi və tətbiqi üçün təkliflər vermək
Yeni proyektlərin qrup və ya fərdi şəkildə yaradılması, mövcüd proyektlərin dəstəklənməsi və inkişaf etdirilməsi

Tələblər

İT sahəsi üzrə müvafiq ali təhsil
Ən azı 1 il proqramlaşdırma təcrübəsi (portfolio olmalıdır)
Analitik düşünmə qabiliyyəti
Stresə dayanıqlılıq və zəhmətkeşlik
Ünsiyyət qurma bacarıqları
Verilən tapşırığa adaptasiya olma bacarığı
Proqram loqlarının  analizi və protokolların mənimsənilməsi
Tələb oldunduqda lahiyə və tədbirlərdə iştirak etmək məqsədi ilə ezamiyyətə getmək
Web səhifələrin tərtib edilməsi və dəstəklənməsi ( html, php, javascript, MySQL, CMS(Joomla) )
Verilənlər bazası ilə minimal işləmə bacarığı (MySQL ,Postgre)
Proqram dilləri və mühit üzrə bilikləri: PHP, DELPHI, Ruby on Rails, HTML/CSS, JavaScript, perl, cgi, flash, action script
Əlavə olaraq üstünlük verilir: Linux (RHEL,CENTos), Phusion Passenger,Nginx, Windows Server 2008, Xampp, Apachi biliyi olan namizədlərə

Şərtlər

İş qrafiki: 5 gün;
İş saatları: 08:30-dan 17:30-dək;
Nahar fasiləsi 13:00-dan 14:00-dək;

Əmək haqqı 660 AZN (Gross)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə recruitment@atmu.edu.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində proqramçı-mütəxəssis qeyd etməyi unutmayın

Qeyd:

Portfolio olanlara üstünlük verilir
Ingilis dili (minimum texniki dokumentasiyaları anlayacaq səviyyədə olmalıdır)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP