Marketinq və informasiya təminatı üzrə Menecer
 
JOB TITLE: Marketinq və informasiya təminatı üzrə Menecer
EMPLOYER: AZİNNEX DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-02-13 LAST UPDATED: 2018-02-14 DEADLINE: 2018-03-15

Marketinq və informasiya təminatı üzrə Menecer

Tələblər

Təhsil: Biznesin idarə edilməsi və təşkili, Menecment, İnformasiya texnologiyaları və iqtisadiyyat sahələrində ali təhsil

IT biliklər: MS Office (Word, Excel, Outlook və s.)
Dil: Yüksək səviyyədə İngilis dili və Rus dili

• Konsorsiumun fəaliyyətinin genişləndirilməsi ilə bağli potensial bazarlarınının  təhlilini aparmaq
• Regional nümayəndələrin verdiyi məlumatlar əsasında potensial bazar olaraq müəyyən olunmuş ölkələrdə mövcud dövlət proqramlarını, inkişaf konsepsiyalarını araşdırmaq və əməkdaşlığın həyata keçirilməsi üzrə təkliflərin hazırlanması
• Konsorsiumun Beynəlxalq əlaqələrinin təmin edilməsi çərçivəsində beynəlxalq təşkilatlarla və biznes subyektləri ilə qarşılıqlı əlaqələr yaratmaq və birgə layihələri həyata keçirmək üçün təkliflər planı hazırlamaq;
• Mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi və yeni məhsulların bazara çıxarılması ilə bağlı müvafiq təhlilərin aparılması və təkliflərin verilməsi;
• İnnovasiya fəaliyyəti ilə bağlı beynəlxalq forumlar, konfranslar, sərgilər və ya bu kimi tədbirlər barədə AZİNNEX üzvlərini mütəmadi olaraq məlumatlandırmaq;
• Konsorsiuma maraqlı olan ölkələr üzrə özəl və dövlət sektorunda, həmçinin beynəlxalq təşkilatlar tərəfindən keçirilən tenderlərin araşdırılaraq AZİNNEX üzvlərinin məlumatlandırılması;
• Konsorsiumun daxili və xarici marketinq strategiyasına əsasən təbliğat-təşviqat işlərinin həyata keçirilməsi;
• Təşəbbüskarlıq, innovasiyalar sahəsi üzrə vizyona malik olmaq;

• Layihələrin idarə edilməsi (project management) üzrə təcrübə.

Bilik və bacarıqlar

Təşkilatçılıq

• Vaxtı və prioritetləri səmərəli şəkildə idarə etmək
• Öz sahəsi üzrə təşəbbüsü ələ alaraq qərar qəbul etmək
• Layihərlə bağlı aydın hədəflər müəyyənləşdirmək
• Davamlı olaraq təkmilləşdirmə və planlaşdırma proseslərində iştirak etmək
• Məlumatları toplamaq, təhlil etmək və düzgün istifadə etmək
• Komandada işləmək bacarığı

Ünsiyyət

• Deyiləni aydın şəkildə anlamaq üçün digərlərinə aktiv şəkildə qulaq asmaq;
• Məlumatı qısa, aydın və dəqiq ötürmək;
• Müxtəlif insanlarla müxtəlif ünsiyyət növlərindən istifadə etmək (məlumatı ötürmək üçün münasib ünsiyyət növünü seçmək).
• Stresə davamlılıq və komandada işləmək bacarığı

Təhlil

• Fəal, nəticə yönümlü problem həll etmə bacarığı
• Texniki problemləri asanlıqla anlamaq və həll etmək
• Müxtəlif həll yolları seçimləri qiymətləndirə bilmək, yaradıcı və yeni həll yolları təklif etmək
• Komandada yaranmış problemləri həll etmə
• İnformsiya texnologiyaları və innovasiyalar sahəsində son innovativ yeniliklərdən və trendlərdən xəbərdar olmalı
• Araşdırma və yüksək analitik bacarıqlara sahib olmalı

Maaş: 1000-1200 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Marketinq və informasiya təminatı üzrə menecer” başlığı altında office@azinnex.com elektron ünvanına 2018-ci il 25 fevral  tarixinə qədər göndərə bilərlər.

Əlavə sualları üçün: 012 444 74 33 telefonla əlaqə saxlamaq olar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP