Qəbul Meneceri - təcrübə proqramı
 
JOB TITLE: Qəbul Meneceri - təcrübə proqramı
EMPLOYER: Nurgun Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-02-12 LAST UPDATED: N/A DEADLINE: 2018-03-14

Nurgün Motors”un servis mərkəzlərində QƏBUL MENECERİ təcrübə proqramı!

Avtomobil seqmentinə maraq göstərən oğlan və qızların nəzərinə!

Nurgün Motors”un Servis Mərkəzlərində qəbul meneceri təcrübə proqramına start verilir.

Təcrübə proqramında iştirak etmək üçün avtomobil sahəsində işləməyə marağı olan hər bir şəxs  iştirak edə bilər (Ali təhsil müəssisələrində “Nəqliyyat Vasitələrinin İstismarı” üzrə təhsil almış şəxslərə üstünlük verilir).

Bunun üçün iştirakçı olmaq iddiasında olanlar şəkilli CV-lərini 20.02.2018 tarixinədək hr@nurgun.az elektron ünvanına göndərə bilərlər (şəkilsiz CV-lərə baxılmayacaq).

İştirakçı sayı məhduddur: göndərilən CV-lərin arasından müsahibə yolu ilə cəmi 20 nəfər seçiləcək.

Təcrübə proqramı 3 ay davam edəcək. Proqram müddətində iştirakçılara baza avtomobil bilikləri, servis qəbul prosesi, zəmanət şərtləri, müştəri ilə ünsiyyət mədəniyyəti haqqında təlimlər veriləcək.

Təcrübə müddətinin sonunda keçiriləcək test imtahanından uğurla keçmiş 10 nəfər işə qəbul olunacaq.

Məvacib 800-1200 AZN-dir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP