Mühəndis-elektrik
 
JOB TITLE: Mühəndis-elektrik
EMPLOYER: Vertex LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-02-12 LAST UPDATED: N/A DEADLINE: 2018-03-14

Mühəndis-elektrik

Əmək funksiyası:

Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirir.Təbii sərvətlərin, enerjinin, materialların faydalı istifadə olunmasına imkan yaradır. Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təklifləri işləyib hazırlayır.Müəsisədə istismar olunan elektrik avadanlıqları, transformatorları, mürəkkəb olmayanişlərin- onların söndürülməsi, transformatorların, cərəyan açarlarının, ayırıcıların və s.konstruktiv  elementlərinin sökülməsi ilə yerinə yetirilməsi. Elektrik avadanlıqlarının yüklənməsinin tənzimlənməsi. Partlayış təhlükəsi olmayan armaturun təmiri, sazlanması və quaşdırılması. Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi, sazlanması və xidməti üzrə işlərin yerinə yetirilməsi. Transformator, elektrik açarı, reostat, idarə postu, maqnit buraxıcıları, əlaqələndiricilər və digər mürəkkəb olmayan avadanlıqların təmiri. Yükqaldırıcı mexanizmlərdən istifadə etməklə aidiyatı əmək vəzifələrini yerinə yetirərkən, takelaj əməliyyatlarının yerinə yetirilməsi. Güc kabellərinin və xətlərin çəkilməsində iştirsk etmək. Akkumlyator batareyalarının sazlanması. Təmir olunmuş elektrik cihaz və avadanlıqların xarici tərəflərinin rənglənməsi. Elektrik avadanlıqlarının yenidən quraşdırılması. Sadə montaj və prinsipial sxemlərin markalanmasının yoxlanılması.

Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərir. Texniki sənədlərin ekspertizasını keçirir, avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət edir, daxili ehtiyatları üzə çıxarır, onun işində olan çatışmazlığın və nasazlığın səbəblərini müəyyən edir, onların aradan qaldırılması tədbirlərini həyata keçirir. Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət edir. İşçilərin elmi-texniki biliklərinin artırılması işini təmin edən yaradıcılıq meyllərinin inkişafına, səmərələşdirmə, ixtiraçılıq, elm və texnikanın nailiyyətlərinin tətbiqinə, qabaqcıl təcrübənin istifadəsinə imkan yaradır.

Bilməlidir:

İşinə aid olan yuxarı və digər orqanların qərar, sərəncam və əmrlərini, metodiki, normativ və rəhbər materialları; müəssisə, idarə və təşkilatların texniki inkişaf perspektivini;
İşlənib hazırlanan və istifadə olunan texniki vasitələrin iş prinsipini, texniki və konstruktiv xüsusiyyətlərini; materialları və onların xassələrini; tədqiqat metodlarını, işin yerinə yetirilməsinin qayda və şərtlərini; texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları;
Tədqiqatların və işlənib hazırlanmış işlərin iqtisadi səmərəsinin müəyyən edilməsi, texniki hesabatların aparılması metodlarını; elm və texnikanın nailiyyətlərini, qabaqcıl təcrübələri; iqtisadiyyatın, istehsalın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

Tələblər:

Ali təhsil : Mühəndis-elektik ixtisası
Ən azı 5 il ixtisas üzrə çalişması vacibdir

Maraqlanan öz CV-ni “mühəndis-elekrik” adı ilə   operations@alyans.asia elektron ünvanına göndərsin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP