Satış Meneceri (Bakı və Regionlar)
 
JOB TITLE: Satış Meneceri (Bakı və Regionlar)
EMPLOYER: Avromed Company QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-02-09 LAST UPDATED: 2018-02-09 DEADLINE: 2018-03-11

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.  

Şirkət Bakı və Regionlar üzrə “Satış meneceri” vəzifəsinə işçi dəvət edir.

İş barədə məlumat

• Potensial müştərilər haqqında məlumat toplayır, onlarla əməkdaşlıq yollarını müəyyən edir və gələcək strategiyaları işləyib hazırlayır;
• Yeni müştərilər və satış həcminin artırılması yolları tapır və bunları tətbiq edir;
• Məhsul menecerinin hazırladığı aylıq-rüblük promosiya planlarının yerinə yetirilməsini təmin edir;
• Hər ay koveraj hesabatlarını alır və yoxlayır;
• Bölgəsinə qoyulmuş kvotanın aylıq-illik realizasiyasını təmin edir;
• Tabeliyində olan işçilərin gündəlik, həftəlik, aylıq proqramlarını tənzimləyir, lazım gəldikbdə bu proqramları vəziyyətə müvafiq olaraq dəyişdirir;
• Qrupun üzərinə düşən kvotanı işçiləri arasında əmək potensiallarına əsasən paylaşdırır, bu kvotaların aylıq və illik olaraq yerinə yetirilməsini təmin edir;
• Aylıq fəaliyyətləri haqqında ayın sonunda şöbə rəhbərinə hesabat verir.

Tələb olunan bilik və bacarıqlar:

• Ali Tibbi təhsil
• Marketinq sahəsində ən az 3-4 il iş təcrübəsi
• Xarici dil ( ingilis və rus dili)
• Analitik bacarıqlar
• İşgüzar ünsiyyət etikası
• Kommunikasiya bacarıqları
• İşgüzar yazışma bacarığı
• Planlaşdırma bacarığı
• MS office, 1C
OTC məhsullarının marketinq fəaliyyətində çalışmış namizədlərə üstünlük veriləcək.

Əmək haqqı iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaqdır.

Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 09.03.2018-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Satış meneceri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP