Müştəri əlaqələri şöbəsinin Rəisi
 
JOB TITLE: Müştəri əlaqələri şöbəsinin Rəisi
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-02-09 LAST UPDATED: N/A DEADLINE: 2018-03-11

Vəzifə: Müştəri əlaqələri şöbəsinin Rəisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
 
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Maliyyə və kredit analizi bilikləri;
• Yaxşı ünsiyyət bacarıqları;
• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
• Komandada işləmək bacarığı. 
 
İŞİN TƏSVİRİ:

• Yeni korporativ müştərilərin cəlb edilməsi üçün korporativ müştəri təmsilçilərinin seçilməsi, bonus strategiyasının hazırlanması, kordinasiya edilməsi və yönləndirilməsi;
• Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq və cəlb olunmuş müştərilərin filiallara yönləndirmək;
• Bankın kredit və qeyri-kredit məhsullarının satışını təşkil etmək;
• Cari müştərilərə çarpaz satışların təşkil edilməsi;
• Müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi və hesabatların hazırlanması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Müştəri əlaqələri şöbəsinin rəisi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP