Sənədlər üzrə Nəzarətçi (Document Controller)
 
JOB TITLE: Sənədlər üzrə Nəzarətçi (Document Controller)
EMPLOYER: SMTS MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-02-09 LAST UPDATED: N/A DEADLINE: 2018-03-11

Sənədlər üzrə Nəzarətçi (Document Controller)

Tələb olunan iş Bacarığı:

- Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək  daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək;
- Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi,  idarə və nəzarət olunması;
- Sifarişçi ilə mütəmadi ünsiyyət təşkil edərək Sənədlərin Sifarişçinin keyfiyyət tələblərinə uyğun olaraq hazırlanması təmin etmək;
- Layihə prosedurlarına uyğun olaraq Sənədlərin idarə olunması sistemi üçün sistem administratoru kimi çıxış edir
- Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
- Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili;
- Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.

Tələb olunan təhsil və biliklər:

- Ali təhsil
- Sənədlərə Nəzarət standartları üzrə müvafiq bilikləri olmalı;
- Sənədlər üzrə Nəzarətçi olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
- Azərbaycan və İngilis dilləri əla səviyyədə bilməli; 
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli. AutoCAD və BIW proqramında yaxşı bilik arzu olunandır;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.

Digər tələb və şərtlər:

- Yaş həddi:  25-45 AZN
- Əmək haqqı 800-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək  (nahar fasiləsi 2 saat)  

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini   hr@smts.az elektron ünvanına mövzu yerinə “Sənədlər üzrə Nəzarətçi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP