Metaləritmə zavodu, Usta
 
JOB TITLE: Metaləritmə zavodu, Usta
EMPLOYER: Sumqayıt Texnologiyalar Parkı MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-01-11 LAST UPDATED: 2018-01-12 DEADLINE: 2018-02-10

 

Vəzifənin adı: Metaləritmə zavodu, Usta

Vəzifə öhdəlikləri:

• Mövcud qanunvericiliyə uyğun olaraq öz sahəsinin istehsalat təsərrüfat fəaliyyətini təmin edir.            
• Cavabdeh olduğu sahə tərəfindən istehsal tapşırıqlarının, iş normalarının yerinə  yetirilməsini təmin edir, məmulatların təyin olunmuş texnologiya ilə istehsalının saxlanılmasına, işin təşkilinə, məhsulun keyfiyyətli və ritmik buraxılışının təşkil olunmasına nəzarət edir.     
• Sahənin enerji resursları və materiallarla təmin olunmasına, texnoloji proseslərin düzgün aparılmasına və avadanlıqlardan düzgün istifadə olunmasına nəzarət edir.
• Xammaldan düzgün istifadə olunmasına nəzarət edir, istehsalatın gedişinə mane olan əngəlləri aradan qaldırır.                       
• İstehsalatın planlaşdırılması işində, vaxt normalarının yaxşılaşdırılmasında, əmək məhsuldarlığının yüksəldilməsi üçün metodların işlənilməsində yaxından iştirak edir.   
• İş vaxtı ərzində texnoloyi və istehsalat proseslərini analiz edir, boşdayanmaların  və məhsulun keyfiyyətini aşağı salan çatışmazlıqların aradan qaldırılmasında iştirak edir.                   
• Məhsulun iş yerlərində  operativ hesabatını və istehsalat tapşırıqlarının yerinə  yetirilməsini təşkil edir. 
• İşçilərin əməyin mühafizəsi qaydalarına və sanitariya normalarına əməl etməsinə nəzarət edir  və bu qaydaları pozanlara qarşı tədbir görmək üçün rəhbərlik qarşısında vəsadət qaldırır.    
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir.
• Avadanlıqların işinin yaxşılaşdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir.  
• Avadanlıqların boşdayanmalarının, tez xarab olmasının, qəzaların səbəblərinin araşdırılmasında  iştirak edir.     
• Təmir işləri aparılan zonanın hasarlanmasını və həmin sahəyə kənar şəxslərin girişinin məhdudlaşdırılmasını təmin edir.        
• Görülən işlərin və buraxılan məhsulun keyfiyyətini yoxlayır.
• İş alətləri və avadanlıqlardan, iş geyimləri və FMV-dən səliqəli və səmərəli istifadəni təşkil edir.      
• Mal və materiallardan səmərəli istifadə olunmasını təşkil edir.
• Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sex rəisinin müavininə məlumat verir.
• İşçilərlə iş yerində texniki təhlükəsizliyə və yanğın təhlükəsizliyinə dair müvafiq təlimatlar keçirir.     
• Fərqlənən işçilərin mükafatlandırılması və əmək və istehsalat intizamını pozanların cəzalandırılması barədə pəhbərlik qarşısında vəsatət qaldırır

Təhsil/Təcrübə:

• Ali texniki təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik  və Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: cv@stp.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP