Koordinator-auditor
 
JOB TITLE: Koordinator-auditor
EMPLOYER: IsTech MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-01-11 LAST UPDATED: N/A DEADLINE: 2018-02-10


“IsTech” MMC marketinq üzrə “Koordinator-auditor” vakansiyasına işəqəbul elan edir.

Şirkət haqqında

IsTech şirkəti 2013-cü ildə yaradılmış, marketinq, kreativlik, dizayn və IT mütəxəsislərindən ibarət komandadır. Bizim, professional komandamız, layihələrimiz əsasında əldə etdiyimiz uğurlar və artıq əməkdaşlıq etdiyimiz bir çox partnyorlarımız mövcuddur.

İş barədə məlumat

– Mövcud partnyorların eləcədə yeni əməkdaşlığa start verilən partnyorların işçi personalına təlim keçmək;
– Mövcud partnyorları fiziki və telefon vasitəsi ilə audit etmək;
– Promo materialların yerləşdirilməsini təmin etmək;
– Şikayətlərin araşdırılması və aradan qaldırılması;
– Mövcud partnoyların işinə nəzarət etmək;
– İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00

Namizədə tələblər

– Yüksək ünsiyyət və təqdim etmə bacarıqları;
– Statistik məlumatlar ilə işləmə bacarığı;
– Analitik düşünmə qabiliyyəti;
– Komandada işləmək bacarığı;
– Qısa zamanda qərar vermə qabiliyyəti;
– Məqsədyönlü, məsuliyyətli, operativ;
– Azərbaycan dilində səlis danışıq bacarığı (rus dilini bilən namizədlərə üstünlük veriləcəkdir);
– Microsoft Office proqramları (Word, Excel, Power Point).

Vakansiya üçün müraciət qaydası: CV-lər “Koordinator-auditor” mövzusu ilə hr@istech.az elektron ünvanına göndərilməlidir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 yanvar 2018-ci il tarixinədək hr@istech.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP