Satıcı-məsləhətçi (Babək filialı)
 
JOB TITLE: Satıcı-məsləhətçi (Babək filialı)
EMPLOYER: Performance Center Co MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-01-09 LAST UPDATED: N/A DEADLINE: 2018-02-08

 

“Performance Center Co” MMC-nin Babək filialına Satıcı-məsləhətçi vəzifəsinə işçi axtarışı elan edilir.  

İş haqqında məlumat:

-Bazarın təhlili, araşdırmaların və monitoringlərin aparılması;
-Müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması;
-Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
-Müştərilərin loyallığının təmini üzrə tədbirlərin həyata keçirilməsi;
-Ümumi fəaliyyətə dair rəhbərliyə hesabatların verilməsi;
-Həftədə 6 iş günü, saat 09:00-19:00.

Namizədə qarşı tələblər:

-Ali təhsil
-Yaş: 23-33
-Azərbaycan və rus dillərində səlis danışıq (ingilis dili arzuolunandır);
-Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmalı;                                   
-Satış üzrə 2 il iş təcrübəsinin,        
-Təqdimat bacarığının olması;
-Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli,
-Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
-Avtomobil bazarı haqqında  informasiyaya sahib namizədlərə üstünlük veriləcək.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV)   hr@performance-center.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP