Forklift (çəngəlli yükləyici, avtokar) sürücüsü (Sumqayıt)
 
JOB TITLE: Forklift (çəngəlli yükləyici, avtokar) sürücüsü (Sumqayıt)
EMPLOYER: SOCAR Polymer DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-01-08 LAST UPDATED: N/A DEADLINE: 2018-02-07

Adı:    Forklift (çəngəlli yükləyici, avtokar) sürücüsü

İş qrafiki: 12 saatlıq iş qrafiki

İş yeri:  Sumqayıt

XİDMƏTİ VƏZİFƏLƏRİ

• Şirkətin siyasətləri və hüquqi göstərişlərinə riayət edir; iş yerini təmiz və səliqəli vəziyyətdə saxlayır;
• Paletlərə yüklənmiş yükləri yerləşdirir, yerini dəyişir və obyektdə göstərilən yerə/yerdən daşıyır;
• Xammalı istehsalat yerlərinə daşıyır;
• Malları yük maşınlarına yükləyir oradan boşaldır;
• Anbar daxilində paletlərə və ya qəfəslərə yüklənmiş malların yerdəyişməsini təmin edir;
• İnventarlaşma təlimatlarına riayət etməklə malları müvafiq saxlama seksiyalarına yığır;
• İstənilən hərəkət etməzdən əvvəl yüklərin avtokarın üstündə bərkidilmiş olduqlarını yoxlayır;
• İstənilən zədə aşkar etdikdə supervayzerə məruzə edir;
• Akkumulyatorunun doldurulması və yağlanması daxil olmaqla nəqliyyat vasitəsini və avadanlığı hər gün yoxlayır;
• Sıradan çıxmaları aşkar etməklə, profilaktik texniki xidmət və təmir tövsiyə etməklə, və istismar qabağı və sonrası yoxlamalar aparmaqla forklift avadanlığına texniki xidmətin göstərilməsini təmin edir;
• Verilən digər müvafiq tapşırıqları yerinə yetirir.

QARŞISINDA QOYULAN TƏLƏBLƏR

Funksional cəhətdən

• Təhlükəsiz iş icra etmə metodikalarının çox yaxşı bilməlidir;
• Dil bacarıqları: Azərbaycan dilini bilməlidir; ingilis dilini orta səviyyədə bilməsi mütləq şərtdir.

Davranış cəhətindən

• İşini planlaşdırmağı və təşkil etməyi bacarmalıdır;
• Ortaya çıxan problemləri həll etməyi bacarmalıdır; 
• Vaxtdan səmərəli istifadə etməyi bacarmalıdır;
• Nəticələrə istiqamətlənərək məhsuldar işləməyi bacarmalıdır;
• Kollektivdə işləməyi bacarmalıdır;
• Yaxşı ünsiyyət qırma bacarıqları olmalıdır.

Təhsil və təcrübə cəhətdən

• Analoji vəzifədə ən azı 5 il təsdiqlənmiş iş təcrübəsi olmalıdır;
• Etibarlı forklift operatoru/sürücüsü şəhadətnaməsi olmalıdır (Azərineftkimyamaş ASC-nin verdiyi “avtoyükləyici operatoru” şəhadətnaməsi);
• “EnerMech” şirkətinin verdiyi “Siqnalçı/stropşu və Takelajçı/qaldırıcı” vahid şəhadətnaməsinin (“Combined Banksman/Slinger & Rigging/Lifting by EnerMech”) olması üstünlük təşkil edir.

ƏRİZƏ VERMƏ QAYDASI

Qeyd edilən vakansiya ilə maraqlanan namizədlər e-mail interfeysinin “Subject” sətrində  barəsində ərizə verdikləri vəzifənin adını qeyd etməklə öz tərcümeyi-hallarını (CV) hr@socarpolymer.az və ya yabdullayeva@socarpolymer.az elektron poçt ünvanlarına göndərə bilər.

Qeyd edilən vakansiya haqqında elan Azərbaycan vətəndaşlarına və ya Azərbaycanda daimi yaşamaq icazəsi olan şəxslərə aiddir. Barəsində elan verilmiş vakansiya üzrə yuxarıda müəyyən edilmiş tələblərə cavab verən bütün namizədlərdən daxil olan ərizələrə hamıya bərabər imkan verilməklə baxılacaq.

Vakansiya üzrə ərizələrin son təqdim etmə tarixi: 31 yanvar 2018-ci il

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP