Təminat departamentinə Mütəxəssis
 
JOB TITLE: Təminat departamentinə Mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-11-15 LAST UPDATED: N/A DEADLINE: 2017-12-15

“ABB” ASC  Təminat departamentinə Mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankın strukturlarına elektrik və santexnika sistemlərində baş verən nasazlıqların aradan qaldırılması;
 Təmir işlərini yerinə yetirən kənar təşkilatlara nəzarət və istiqamətləndirmə;
 Bankın bütün strukturlarında xüsusilə elektrik sistemlərinin cari vəziyyətinin analizi;
 Baş vermiş bütün nasazlıqların uçotunun aparılması və bu halların təhlillərin aparılması;
 Strukturlarda görülən texniki təmir işlərinin koordinasiyası;
 Texniki sistemlər üçün xərc mal-materiallarının sifarişi və uçotunun aparılması.
            
Vakant vəzifə üzrə tələblər:

 Ali Təhsil;
 Azərbaycan, rus dillərində şifahi və yazılı qaydada  fikirlərini düzgün ifadə etmək bacarığı;
 Ofis proqramlarında sərbəst işləmək bacarığının olması.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
 İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  29 noyabr 2017-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təminat departamentinə Mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP