SƏTƏM üzrə mühəndis
 
JOB TITLE: SƏTƏM üzrə mühəndis
EMPLOYER: STP / Sumqayıt Texnologiyalar Parkı MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-09-13 LAST UPDATED: N/A DEADLINE: 2017-10-13

SƏTƏM üzrə mühəndis

Vəzifə öhdəlikləri:

• Bütün işçilər, podratçılar və əraziyə yeni gəlmiş qonaqların SƏTƏM  qaydaları ilə tanış edilməsi;
• Əməyin mühafizəsi üzrə Qanunvericilik və digər tələblərə dair məlumatı rəhbərliyə, işçilərə həmçinin potratçı və təşkilat ilə bağlı bütün tərəfləri  məlumatlandırmaq  və  əməl edilməsinə nəzarət etmək;
• Əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə dövrü qiymətləndirilmələrin aparılmasında iştirak etmək;
• İş yerlərində proses və avadanlıqla əlaqədar təhlükələrin təyin etmək, risklərin qiymətləndrimək, zəruri   tədbirlərinin  alınmasında istirak etmək və alınan tədbirlərə əməl olunmasına nəzarət etmək;
• Baş vermiş  bədbəxt hadisələrin təhqiqatını aparmaq,  hadisəni törədən səbəblərin müəyən etmək,  hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak etmək  və   müəyyən edilmiş   səbəblərin  aradan qaldırılmasına və tədbirlər planının hayata keçirilməsinə nəzarət etmək; 
• Baş verə biləcək  bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlaması və həyata keçirilməsində iştirak etmək;
• Ərazidə Fərdi mühafizə vasitələrinin geyinilməsi, avadanlıqların, mühafizə vasitələrinin  zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsinə, qoruyucu və mühafizə vasitələrinin vəziyyətinə nəzarət;
• SƏTƏM üzrə prosedur və təlimatların işlənib hazırlanması və tətbiqini, daxili auditlərin təşkili və həyata keçirilməsi və düzəldici və ya qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsinə təmin etmək;
• Gündəlik sahə yoxlamalarının aparılması  və yoxlamalar nəticəsində aşkar edilmiş uyğunsuzluların aradan qaldırılmasını təqib etmək; 
• SƏTƏM üzrə tələb olunan sənədlərin olmasının və əlaqədar heyət tərəfindən başa düşülməsini təmin etmək;
• Fövqəladə hallarla mübarizə planlarına və Şirkətin/Podratçıların hazırlıq səviyyəsini təmin etmək üçün təlimlər keçirmək;
• Yanğın təhlükəsizliyi üzrə vasitələrin, balonların işlək vəziyyətdə olmasını təmin etməli, personalı fövqəladə  hallar zamanı görüləcək işlər barədə, həmçinin, təxliyyə planı barədə təlimatlandırmaq.

Təhsil/Təcrübə: 

• Ali təhsil (Texniki təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 2 il iş təcrübəsi (İstehsal sahəsində təcrübə arzuolunandır);
• Azərbaycan dilinində sərbəst danışmalı,  Rus və İngilis dillərini sənədləşmə səviyyəsində bilmək;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• ISO14001 və OHSAS 18001 standartları haqqında biliklər aruolunandır;
• Beynəlxalq sertifikasiya arzuolunandır (HEBOSH, OSHA, IOSH, CISH və s.);
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar: 

• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;

E-mail: recruitment@stp.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP