Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi
 
JOB TITLE: Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi
EMPLOYER: Bank “BTB” DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-09-12 LAST UPDATED: N/A DEADLINE: 2017-10-12

Bank “BTB” ASC İnformasiya texnologiyaları departamenti, Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi

İş barədə məlumat:

1. Serverlərdə  əməliyyat sistemini tənzimləyir və proqram təminatının serverlərdə işlək vəziyyətdə olmasını təmin edir;
2. Serverlərə və işçi stansiyalarına proqram təminatının quraşdırılmasını həyata keçirir;
3. Daxili şəbəkənin digər sistemlərlə informasiya mübadiləsini təmin edir. İstifadəçilərin daxili və qlobal şəbəkələrə girişini təmin edir;
4. İstifadəçiləri qeydiyyatdan keçirir, onlara identifikatorlar və şifrələr təyin edir;
5. İnformasiya sistemləri və şəbəkə resurslarından istifadə üzrə bankdaxili təlimlər  keçirir;
6. Sistemlərin təhlükəsizliyini təmin edir;
7. Sistemlərdə virusların mövcudluğunun mütəmadi yoxlanılmasını aparır;
8. Yeni texnologiyaların inkişafını izləyir və daxili infrastrukturda tətbiqi yollarını araşdırır.

Namizədə tələblər:

 -Ali təhsil;
- Şəbəkə administratoru üzrə bir ildən az olmayan iş təcrübəsi;
- LANs, WANs, şəbəkə seqmentləri, internet və intranet sistemləri üzrə biliklər;
- Tətbiqi proqramlar üzrə biliklər;
- Komandada və fərdi işləmək qabiliyyəti;
- Tez və düzgün qərar vermək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Azərbaycan və rus dilləri üzrə mükəmməl biliklər, inglis dili bilənlərə üstünlük veriləcək

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  31 Oktyabr, 2017-ci il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi)  göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP