Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Melissa Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-09-25 LAST UPDATED: 2017-09-25 DEADLINE: 2017-10-25


 
"Melissa Group" Mühasib vakansiyası elan edir:

Vəzifə təlimatları:

• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
• Təhtəlhesab, balans, avans hesabatının aparılması;
• Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
• Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması;

Vəzifə ilə bağlı tələblər:

• Ali təhsil (mühasibat uçotu, maliyyə);
• Vergi Məcəlləsini bilməli;
• 1C 8.2, BTP proqramları ilə sərbəst işləmək bacarığı;
• Müvafiq sahədə 2-3 ildən çox iş təcrübəsi;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (İngilis və rus dillərini bilənlərə üstünlük verilir).
 
İş günləri : həftədə 6 gün.

Əməkhaqqı: 1000-1200 AZN

CV-lərinizi hr@melissagroup.az ünvanına "mühasib" başlığı ilə göndərməyiniz və ya  https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP