Korporativ müştərilərlə iş üzrə mütəxəssis
 
JOB TITLE: Korporativ müştərilərlə iş üzrə mütəxəssis
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-09-11 LAST UPDATED: 2017-09-11 DEADLINE: 2017-10-11

Korporativ müştərilərlə iş üzrə mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

İŞİN TƏSVİRİ:

• Yeni müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq;
• Bankın kredit və qeyri-kredit məhsullarının satışının təşkili;
• Korporativ müştərilərə Bank xidmətlərinin təşkili;
• Cari müştərilərə çarpaz satışların həyata keçirilməsinin təşkil edilməsi;
• Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Maliyyə və kredit analizi bilikləri;
• Yaxşı ünsiyyət bacarıqları;
• Azərbaycan və rus dillərin səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;
• Ofis Proqramlarından mükəmməl istifadə bacarığı;
• Komandada işləmək bacarığı.

Tələblərə cavab verən namizədlər öz CV-lərini https://afb.az/az/vacancy/17 saytına və ya CV formasını insan.resurslari@afb.az elektron ünvanına göndərə bilərlər.

*Qeyd: CV göndərərkən "Əlavə qeydlər" bölümündə vakansiyanın adını qeyd etməyi unutmayın.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP