Arxiv işçisi
 
JOB TITLE: Arxiv işçisi
EMPLOYER: Mr.fix DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-09-11 LAST UPDATED: 2017-10-05 DEADLINE: 2017-09-12

Arxiv işçisi

Mr.fix haqqında qısa məlumat

“KARTAŞ LTD” MMC  2003-cü ildə Azərbaycanda təsis edilmiş və Mr.fix  adı altında tikinti materiallarının istehsalına başlamışdır. İstehsal və məhsul texnologiyasına verdiyimiz əhəmiyyət markamızı qısa müddət ərzində ölkənin ən mühüm  tikinti kimyəviləri istehsalçısına çevirmişdir.

Mr.fix adı altında kafel və keramika yapışdırıcıları, aralıq doldurucuları, su izolyasiya materialları, istilik izolyasiya materialları, təmir tikinti materialları, zəmin materialları, hazır suvaqlar, beton qatqıları, istilik izolyasiya və s. kimi tikinti materialları istehsal edir.

ƏSAS ÖHDƏLİKLƏRİ:

• Müəssisənin sənədlərinin arxivə qəbul edilməsi;
• Sənədlərin arxivə verilməli olan formaya uyğunluğunun yoxlanılması;
• Arxiv materiallarının qovluqlara yığılması və rəflərə yerləşdirilməsi, müvafiq sıra və görünüş qaydalarına əməl edilməsi;
• Arxivə qəbul edilən sənədlərin qruplaşdırılması və sistemləşdirilmiş formada saxlanılmasının təşkili;
• Sorğular əsasında tələb olunan sənədlərin müvafiq şöbələrə və müəssisədə çalışan şəxslərə verilməsi və geri tələb edilməsi;
• Arxiv üçün ayrılmış yerdən səmərəli istifadə.

TƏLƏBLƏR:

• 25-35 yaşlarında;
• Ali və ya orta texniki təhsil;
• Maliyyə, kargüzarlıq və ya sənədləşmə işlərinin aparılması ilə əlaqədar hər hansı bir sahədə təcrübəsi olan;
• Sistemləşdirmə qabiliyyəti olan, tələbkarlıq kimi xüsusiyyətlərə malik;
• Microsoft Office proqramları üzrə bilik (xüsusilə Excel) və  çapetmə bacarığı;
 
Maaş müsahibə zamanı təyin ediləcəkdir.

Bu vakansiya üçün  hr@mrfix.az  e-poçtuna mövzu hissəsinə "Arxiv işçisi" qeyd edib göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP