Satınalma üzrə Mütəxəssis
 
JOB TITLE: Satınalma üzrə Mütəxəssis
EMPLOYER: Norm LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-09-08 LAST UPDATED: N/A DEADLINE: 2017-10-08


 
Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Satınalma üzrə Mütəxəssis tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• Daha sərfəli şərtlər və qiymətlər təklif edən yeni təchizatçıların aşkar edilməsi üçün bazarların təhlil edilməsi
• Alış Tələbnamələrini vaxtlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
• Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi
• Təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
• Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması
• Çatdırlmaların Şirkətin ehtiyaclarına uyğun əlaqələndirilməsi
• Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar

Tələblər:

• İqtisadiyyat, idarəetmə və/yaxud maliyyə üzrə ali təhsil
• Müvafiq sahə üzrə ən azı  1 il iş təcrübəsi
• İngilis dili
• MS Office komputer proqramı üzrə bacarıqlar

Tərcümeyi-hallarınızı fayl adını özünüzün ad, soyad və ata adı olaraq adlandırmaqla və müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 30/09/2017

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP