Mikro kreditlər üzrə ekspert
 
JOB TITLE: Mikro kreditlər üzrə ekspert
EMPLOYER: DemirBank OJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-09-08 LAST UPDATED: 2017-09-08 DEADLINE: 2017-10-08

“DəmirBank” ASC Lənkəran (2 vakant yer), Ağsu (1 vakant yer), İmişli (1 vakant yer), Bərdə (1 vakant yer) və Göyçay (1 vakant yer) filialları üzrə Kredit eksperti (mikro kreditlər üzrə) vəzifəsinə işəqəbul elan edir.

28 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Bankın kredit məhsullarını təbliğ etmək və banka müştəriləri cəlb etmək;
• Biznes təhlilini aparmaq;
• Birbaşa marketinq funksiyasını həyata keçirmək;
• Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək;
• Müştərilərin kredit ödənişlərinə nəzarət etmək və vaxtında ödənişlərini təmin etmək;
• Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək.

Namizədə qarşı tələblər:

• Ali iqtisadi təhsil;
• Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq;
• Analitik təhlil qabiliyyətinə malik olmaq;
• Satış qabiliyyətinə malik olmaq;
• Müvafiq sahədə minimum 2 il təcrübəyə sahib olmaq;
• Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
• Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 sentyabr 2017-ci il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mikro kreditlər üzrə ekspert (müvafiq filialı qeyd etməklə)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP