Satış məsləhətçisi
 
JOB TITLE: Satış məsləhətçisi
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-09-08 LAST UPDATED: N/A DEADLINE: 2017-10-08

"Optimal Elektronika" MMC  mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının 2 mindən çox növünü təqdim edirik.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.

"Optimal Elektronika"MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Satış məsləhətçisi

Tələblər:

• Təhsil: Ali və ya orta
• Azərbaycan dilini səlis bilməli, rus dilini bilənlərə üstünlük verilir
• Satış təcrübəsi arzu olunandır
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı

Əsas vəzifələr:

• Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
• Məhsulları təqdim  etmək bacarığına malik olmaq;
• Müştərinin məhsul seçimi üçün optimal şərait yaratmaq;
• Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Karyera yüksəlişi imkanı
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış məsləhətçisi” qeyd edərək öz CV-lərinizi şəkil əlavə etməklə recruitment@optimal.az  elektron ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyaya son müraciət tarixi: 08.10.2017

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP