Sumqayıt filialı üçün Kredit mütəxəssisi
 
JOB TITLE: Sumqayıt filialı üçün Kredit mütəxəssisi
EMPLOYER: TBC Kredit DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-09-08 LAST UPDATED: N/A DEADLINE: 2017-10-08

TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.
 
Işəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.

Hazırda TBC Kredit  BOKT  Sumqayıt filialı üçün Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Öhdəliklər:

• Müştəri cəlb etmə bacarığı
• Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı
• Prosedur qaydaları ilə tələb olunduğu kimi kredit portfelinin yüksək keyfiyyətini saxlamaq
• Kredit məhsulları üzrə xidmətlər və onların monitorinqi
• Kredit müraciətlərinin qiymətləndirilməsi və analizi qabiliyyəti

Tələblər:

• İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali təhsil
• Micro kredit sahəsində ən azı bir il təcrübə
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• İngilis və rus dilində müəyyən səviyyədə biliklərə malik olanlara üstünlük veriləcək.

Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri  22 Sentyabr 2017-ci il tarixinədək e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim edəsiniz. E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Sumqayıt filialı üçün Kredit mütəxəssisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP