Məhkəmə orqanları ilə iş şöbəsinə Qazax filialı üzrə hüquqşünas
 
JOB TITLE: Məhkəmə orqanları ilə iş şöbəsinə Qazax filialı üzrə hüquqşünas
EMPLOYER: DemirBank OJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-09-07 LAST UPDATED: 2017-09-14 DEADLINE: 2017-10-07

DəmirBank ASC Problemli Kreditlərin Hüquqi Tənzimlənməsi Departamentinin Məhkəmə orqanları ilə iş şöbəsinə Qazax filialı üzrə hüquqşünas vəzifəsinə işəqəbul elan edir.

28 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Bankın mənafeyini dövlət orqanları idarələrində qorumaq və müdafiə etmək;
• Problemli kreditlər üzrə məhkəmələrə iddialar və banka qarşı qaldırılmış iddialara etiraz məktubları hazırlamaq və qanuna müvafiq olaraq məhkəmələrdə Bankı təmsil etmək;
• Problemli kreditlərin məhkəmədən kənar həlli üzrə müvafiq tədbirlər görmək, problemli kredit müştəriləri ilə əlaqə saxlamaq, borcların danışıqlar yolu ilə qaytarılmasına çalışmaq;
• Kreditlərin qanunvericiliyə müvafiq qaydada qaytarılması sahəsində, o cümlədən məhkəmələrə iddialar, etirazlar, şikayətlər verilməsi barədə təkliflər hazırlamaq.

Namizədə qarşı tələblər:

• Ali hüquqi təhsil (magistr dərəcəsinin olması arzuolunandır);
• Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• Məxfilik, diqqətlilik, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlara sahib olmalı;
• Sürücülük vəsiqəsi və şəxsi nəqliyyat vasitəsi olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 14 sentyabr 2017-ci il tarixinədək öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Qazax filialı üzrə məhkəmə oqranları ilə iş şöbəsinə - hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP