İnformasiya Texnologiyaları İşçisi
 
JOB TITLE: İnformasiya Texnologiyaları İşçisi
EMPLOYER: FINCA Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2010-03-02 LAST UPDATED: 2010-03-02 DEADLINE: 2010-04-01

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı özünün BAKI ofisi üçün İnformasiya Texnologiyaları İşçisi vəzifəsinə qəbul elan edir. “FINCA Azerbaijan” təşkilatı Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən və 82.000–dən çox müştərisi olan mikro kredit təşkilatıdır.

İT işçisinin vəzifə öhdəlikləri aşağıdakılardan ibarət olacaqdır:
• Filiallar üzrə domen şəbəkəsinin idarə olunması;
• İnternet və e-mail sistemindəki problemlərin həlli;
• Şəbəkənin təhlükəsizliyinin təmin edilməsi;
• Kommunikasiya sistemlərinin idarə olunması;

Tələb olunan keyfiyyətlər:

• Bu sahədə ən azı 2 il təcrübəsi olmalıdır;
• Şəbəkə texnologiyalarının və protokollarının əsaslarını üzrə dərin bilikləri;
• MS Windows 2000/2003/2008 Server əməliyyat sistemi və domenin idarə olunması üzrə dərin bilikləri;
• MS Windows 98- XP əməliyyat sistemləri və MS Office proqram təminatları üzrə dərin bilikləri;
• Azerbaycan və Rus dillərində əla danışıq qabiliyyətləri;
• İngilis dili üzrə texniki qabiliyyətlər üstünlük sayılır;
• MS  Exchange Server və MS  ISA Server 2004/2006 üzrə biliklərinin olması üstünlük sayılır;
• CISCO avadanlıqları ilə təcrübə üstülük sayılır;
• Şəbəkələrin idarəetməsi  sahəsində hər hansı sertifikatları üstünlük sayılır;

FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV) 25 mart 2010-cu il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№060/10) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Bakı şəh., C.Cabbarlı küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə. Faks: 596 33 87
FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.


 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2012 www.JobSearch.az  
Developed by MicroPHP