|
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsinin İcra Qrupunun Informasiya texnologiyaları meneceri vəzifəsi üzrə
MÜSABİQƏ ELAN EDİR
Informasiya texnologiyaları meneceri vəzifəsi üzrə əsas tələblər aşağıdakılardır: • Informasiya texnologiyaları və ya informatika sahəsində təhsil; • Müvafiq sahədə ən azı beş illik iş təcrübəsi; • İngilis dilində danışıq bacarığı; • İnformasiya və kommunikasiya texnologiyaları sahəsinə aid olan layihələri, müqavilələri və işçi heyətini idarəetmə bacarığı; • İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqində qarşıya çıxan çətinlikləri aradan qaldırma bacarığı; • Kompüter bilikləri, MS Ofis və oxşar proqram təminatı ilə iş bacarığı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) aşağıdakı elektron ünvana təqdim etməlidirlər: office_ jmp@justice.gov.az; jmpofficeaze@yahoo.com Sənədlər 10 mart 2010-cu il saat 18:00-dək qəbul edilir.
|