Kredit mütəxəssisi
 
JOB TITLE: Kredit mütəxəssisi
EMPLOYER: İcraçı Kredit Agentliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2010-01-28 LAST UPDATED: 2010-01-28 DEADLINE: 2010-02-27

Vəzifə:-   kredit  mütəxəssisi
 
       Müddət: 28.01.2010- 04.02.2010

 “İcraçı Kredit Agentliyi” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti (İKA) kredit  mütəxəssisi vəzifəsini icra etmək üçün təcrübəli mütəxəssisi işə dəvət edir.

 Bakı, Azərbaycan

Hesabat verilməsi: İKA-nın Kredit Menecerinə
Sənədlərin qəbulunun son müddəti: 04 fevral, 2010
1. İKA-nın kredit  mütəxəssisinin məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:

a) İKA-nın İstehlak və biznes kreditlərinin verilməsi qaydalarına uyğun olaraq həmin kreditlər üzrə müraciətlərin qəbul olunmasını təmin edir;

b)  Qəbul olunan müraciət əsasında Borcalanın Ödəmə Qabiliyyətinin  qiymətləndirilməsini, sənədlərin hazırlanmasını təmin edir və verilməsi barədə təkliflər hazırlayır;

c) Verilən kreditlərin idarəedilməsini təmin edir, kreditlərin vaxtı-vaxtında qaytarılmasına nəzarəti həyata keçirir.

Hesabatvermə

2. kredit  mütəxəssisi İKA-nın Kredit Menecerinə hesabat verəcəkdir. O, İKA-nın Kredit Menecerinə hesabatlar hazırlayacaqdır. kredit  mütəxəssisi iş planları və tələb olunan digər sənədləri hazırlayacaqdır.
Müddət

3. kredit  mütəxəssisi ilə 6 ay müddətinə müqavilə imzalanacaqdır. Bu müqavilə üzrə 6 aydan sonra onun fəaliyyətinin nəticələri İKA-nın Baş Direktoru və Kredit Meneceri tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsinə əsasən müqavilə müddəti növbəti 6 ay üçün qüvvədə qalacaqdır.

İxtisaslaşma

kredit  mütəxəssisi aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:

a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis  bilmək;
b) İqtisadiyyat və ya maliyyə və kredit  sahəsi üzrə ali təhsil;
c) Kredit, bankçılıq, maliyyə və ya əlaqədar sahədə ixtisaslaşma;
d) Mühasibatlıq,  maliyyə və kredit sahəsində bir il peşəkar təcrübə;
e) Excel/Word, E-poçtla işləmək bacarıqları daxil olmaqla, kompüterdə yaxşı işləmək bacarığı;
f) əla ünsiyyət qurmaq, komandada işləmək bacarığı, əməkdaşlar və payçılarla birgə işləmək xüsusiyyətləri;
g) İşlə bağlı Respublika daxilində ezamiyyələrə getmək.

 


Müraciət etmək istəyənlər CV-lərini aşağıdakı e-mailə göndərə bilərlər:

fabbasova@ia-az.net
tel: 493-67-90

Go back to Hot Vacancies

 
© Copyright 2006—2010 www.JobSearch.az  
Developed by MicroPHP