Şəbəkə administratoru
 
JOB TITLE: Şəbəkə administratoru
EMPLOYER: Bank BTB ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2015-06-17 LAST UPDATED: N/A DEADLINE: 2015-07-06

Bank “BTB” ASC işə qəbul elan edir.

Vakansiya: Şəbəkə administratoru

Əmək haqqı: bilik və təcrübəyə əsasən təyin olunacaq

İş barədə məlumat:

- Gündəlik sistemin monitorinqini həyata keçirmək, bütün proqram təminatının, server resurslarının, sistemlərin və  əsas proseslərin yararlılığını və  bütövlüyünü  yoxlamaq, sistem və proqram girişlərini nəzərdən keçirmək;
- Gündəlik backup əməliyyatları həyata keçirmək;
- LANs, WANs, şəbəkə seqmentləri, internet və intranet sistemləri üzrə dəstəklənməni təmin etmək;
- Sistemin səmərəli işləməsini təmin etmək;
- Sistem dizaynı komponentlərinin birgə lazımi səviyyədə işləməsini təmin etmək;
- İstifadəçilər tərəfindən qeyd edilmiş problemləri aradan qaldırmaq;
- Gələcək təkmilləşdirmə üçün tövsiyyələr vermək;
- Sistem performansını qiymətləndirmək və modifikasiya etmək. Texniki KPİ-lara cavabdeh olmaq;
- Şəbəkə bütövlüyünü, serverin fəaliyyətini və təhlükəsizliyini qorumaq;
- Şəbəkə bağlantısını texniki həllər ilə şirkətin LAN/WAN infrastrukturu üzərindən təmin etmək;
- Şəbəkələri dizayn etmək və genişləndirmək;
- Şəbəkənin ünvan təyinatını yerinə yetirmək;
- Marşrutlaşdırma (routing) protokollarını və cədvəl konfiqurasiyasını təyin etmək;
- Autentifikasiya konfiqurasiyasını və direktoriya servislərinin autentifikasiyasini təyin etmək;
- Drayver, personal kompüter, printer və sair kimi şəbəkə vəsaitlərinin individual maşınlarda idarə edilməsi;
- ∙Şəbəkə serverlərini, o cümlədən fayl serverlərini və VPN bağlantılarını qorumaq, sistəmə müdaxiləni aşkarlamaq və s.

Namizədə tələblər:

-  Ali təhsil
-  Şəbəkə administratoru üzrə bir ildən az olmayan iş təcrübəsi
-  LANs, WANs, şəbəkə seqmentləri, internet və intranet sistemləri üzrə biliklər
-  Tətbiqi proqramlar üzrə biliklər
-  Yönləndirmə iş prinsipini anlama qabiliyyəti
-   Komandada və fərdi işləmək qabiliyyəti
-   Tez və düzgün qərar vermək bacarığı
-   Analitik düşünmə qabiliyyəti
-   Azərbaycan və rus  dilləri üzrə mükəmməl biliklər, inglis dili bilənlərə üstünlük veriləcək

Göstərilən tələblərə cavab verən namizədlər şəkilli CV-lərini 6 İyul, 2015-ci il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Şəbəkə administratoru)  göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP