İnsan Resursları meneceri
 
JOB TITLE: İnsan Resursları meneceri
EMPLOYER: Madad Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2013-08-27 LAST UPDATED: 2013-08-27 DEADLINE: 2013-08-31

Mədəd Azərbaycan

Vəzifə:      İnsan Resursları meneceri

Status:     Əsas işçi heyəti

Əsas tələblər və cavabdehliklər:

 Kadr planlaşdırma
o Struktur bölmələrindən illik əməliyyat planına uyğun işçi ehtiyyaclarının alınması
o İşçi ehtiyyaclarının konsolidasiyası
o İllik kadr planının hazırlanması və təsdiqlənməsi
 İşə qəbul
o Vakansiya ehtiyyacının müəyyənləşdirilməsi
o İnformasiya bazalarının vasitəsilə işçinin axtarılması
o Seçilmiş namizədlərlə əlaqə saxlayaraq sınaq test və intervyulara dəvət olunması
o İşçi müsahibənin keçirilməsi
o Yeni işə qəbul olunmuş işçinin sənədləşdirilməsi
o Yeni işçinin istiqamətlənməsi
 Effektivliyin idarə olunması
o Performans qiymətləndirilməsinin aparılması
o Kompetentlik qiymətləndirilməsinin aparılması
o Nəticələrin konsolidə edilərək rəhbərliyə təqdim edilməsi
 Daxili təlimlərin təşkili
o Təlim ehtiyyaclarının müəyyənləşdirilməsi
o İllik təlim planının hazırlanması
o Təlim təchizatçılarının seçilməsi
o Təlimlərin icrası
o Təlimlərin qiymətləndirilməsi və hesabatların hazırlanması
o Təlimlərin sənədləşdirilməsi
 Motivasiyanın idarə olunması
o Mükafatlandırma prosedurunun icrası
o Cəzalandırma və intizam tədbirlərinin görülməsi
o Məlumatların işçilərin şəxsi işlərinə işlənilməsi
 Korporativ sosial tədbirlər
o Korporativ yığıncaq və əyləncələrin təşkili
o Məlumat lövhəsinin idarə olunması
 Kadr uçotu
o Əmək müqavilələrinin bağlanılması
o Xidmət müqavilələrinin bağlanılması
o Əmək kitabçalarının hazırlanması
o Sosial sığorta şəhadətnamələrinin doldurulması
o İşçi məlumatları qeydiyyatlarının aparılması
o Əmrlərin yazılması
o Arayışların və məktubların hazırlanması
o Məşğulluq və statistika hesabatlarının verilməsi
 İş vaxtının uçotu
o Gündəlik davamiyyətin qeydiyyatı
o Məzuniyyət uçotu
o Ezamiyyət uçotu
o Xəstəliklərin uçotu
o İcazələrin uçotu
o Aylıq tabelin hazırlanması
o Tabelin muhasibatlığa göndərilməsi
 Keyfiyyətin idarəolunması
o Şirkətin keyfiyyətin idarəolunması sisteminə uyğun fəaliyyətin aparılmasına nəzarət etmək
o Daxili auditlərin keçirilməsi

Tələblər:

 Ali təhsil (Sosial fənnlər, Psixologiya və ya Menecment sahəsi üzrə)
 Strateji düşünmə
 Analitik düşünmə
 Ünsiyyət və əlaqə qurma qabilliyəti
 Detallara diqqətli olmaq
 Məsuliyyətli
 Problem həlletmə baçarığı
 Yaradıcılıq qabiliyyəti
 Təşəbbüs alma
 Microsoft Office proqramlarını mükəmməl bilmək
 Komandada işləmə bacarığı
 Yaradıcı olmaq
 Təlim və inkişaf qaydaları bilmək
 Adaptasiya olma keyfiyyəti
 Əmək qanunvericiliyini yüksək səviyyədə bilmək
 Stressə dözümlülük

Bu vakansiyaya marağlı olan namizədlər hr@madad.net elektron ünvanına, vəzifənin adını dəqiq qeyd etmək şərti ilə, ətraflı məlumatı (CV şəkil ilə), İngilis və Azərbaycan dillərində göndərə bilərlər.

Son müraciət tarixi 31.08. 2013-ci il.

Telefon vasitəsi ilə müraciətlər baxılmayacaqdır.

 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2014 www.JobSearch.az  
Developed by MicroPHP